İkitərəfli əlaqələr

Azərbaycanla Argentina arasında diplomatik münasibətlərin əsası müstəqlliyimizin ilk illərində qoyulmuşdur. Argentina Respublikası Azərbaycan Respublikasının müstəqlliyini 9 mart 1992-ci ildə tanımış və 8 noyabr 1993-cü ildə diplomatik əlaqələrin qurulması haqqında protokol imzalanmışdır. Bu protokolla Argentina Moskvadakı səfirini eyni zamanda Azərbaycan Respublikasına da akkreditə etmişdir.

Son illərin xronologiyası
2006
2007
2009
2010
2011
2012
2013
2014
2015
2016


 

İkitərəfli əlaqələr

Argentina Respublikası Azərbaycan Respublikasının müstəqlliyini 9 mart 1992-ci ildə tanımış və 8 noyabr 1993-cü ildə diplomatik əlaqələrin qurulması haqqında protokol imzalanmışdır. Bu protokolla Argentina Moskvadakı səfirini eyni zamanda Azərbaycan Respublikasına da akkreditə etmişdir.

2006
3 aprel tarixində Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Argentinaya rəsmi səfər etmişdir. Səfər vaxtı Argentina Xarici İşlər Naziri Xorxe Tayana, Vitse-Prezident Daniel Şioli, Federal Planlaşdırma, İctimai İnvestisiya və Xidmətlər Naziri Xulio de Vido ilə görüşlər keçirilmiş, iki ölkənin Xarici İşlər nazirlikləri arasında Anlaşma Memorandumu və Diplomatik və Xidməti passportlar üçün vizasız gəliş-gediş haqqında Saziş imzalanmışdır.

2007
2007-ci ildən etbarən Argentinanın Azərbaycana məsul diplomatik missiyası Ankaradakı Səfirliyə həvalə edilmiş və həmin ilin 5 mart tarixində Argentina Səfiri Lukas Sebastian Brugo Marko etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.

2009
10 iyun tarixində Argentina Xarici İşlər Nazirliyi rəsmiləri və Argentina Xalq Gəlirləri Federal Administrasiyasının nümayəndələrindən ibarət iqtisadi araşdırma missiyası Azərbaycana səfər etmişdir. Səfər vaxtı Xarici İşlər Nazirinin müavini Mahmud Məmməd-Quliyev və Kənd Təsərrfatı Nazirinin müavini Bəhram Əliyev olmaqla bir sıra Azərbaycan rəsmiləri ilə görüşlər keçirilmişdir.

2010
25 may tarxində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Məmməd Əhmədzadənin Azərbaycan Respublikasının Argentina Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri təyin olunması haqqında fərman imzalamışdır. Səfir öz etimadnaməsini Argentina Respublikasının Prezidenti xanım Kristina Fernandes Kirçnerə 1 noyabr 2010-cu il tarixində təqdim etmişdir.

24-25 noyabr tarixlərində Argentina Xarici İşlər Nazirinin müavini cənab Alberto Pedro D’Alotto Azərbaycana səfər etmişdir. Səfər vaxtı nazir müavini cənab Pedro D’Alotto xarici işlər naziri Elmar Məmmədyarov, xarici işlər nazirinin müavinləri Xələf Xələfov, Mahmud Məmməd-Quliyev, Hafiz Paşayev, kənd təsərrüfatı naziri İsmət Abasov, iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Davud Məmmədovla görüşlər keçirmişdir. Səfər çərçivəsində iki ölkənin Xarici İşlər Nazirlikləri arasında Siyasi Məsləhətləşmələr haqqında Anlaşma Memorandumu və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası ilə Argentina Xarici İşlər Nazirliyinin Milli Xarici Xidmət İnstitutu arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

2011
21-25 fevral tarixində Argentina Dövlət Gəlirləri Federal Administrasiyanın (AFİP) rəhbəri Rikardo Eçeqarayın dəvəti ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Argentina Respublikasına səfəri gerçəkləşmişdir. Səfər zamanı AFİP rəhbəri Rikardo Eçeqaray və Argentina Gömrük İdarəsinin direktoru xanım Siamora Ayeran, sənaye naziri xanım Debora Ciorci, Argentina Sənaye Birliyinin prezidenti Migel Akevedo, Buenos-Ayres Ticarət Birjasının prezidenti Adelmo Qabbi ilə görüşlər keçirmişdir. Səfər vaxtı gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında hökumətlərarası saziş imzalamışdır.

10 mart tarixində Azərbaycanda da akkreditə olunmuş Türkiyədəki Argentina səfiri Xuan Xose Maffey öz etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.

19 aprel tarixində Ukraynın paytaxtı Kiev şəhərində keçirilən Təhlükəsiz və bərpaolunan nüvə enerjisi Beynəlxalq Sammiti çərçivəsində ndə iştirak edən Argentina Xarici İşlər Naziri Hektor Timerman Sammit çərçivəsində Azərbaycan Respublikasının Baş Naziri cənab Artur Rasizadə ilə görüşmüşdür.

27-30 iyun tarixlərində Argentina Gömrük Departamentinin Baş Direktoru xanım Siamora Ayeran Azərbaycana səfər etmişdir. Səfər zamanı qonaq AR Baş Naziri Artur Rasi-zadə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Vergilər Naziri Fazil Məmmədovla görüşmüş, Dünya Gömrük Təşkilatının Bakı ofisi, o cümlədən Azərbaycanın regionlardakı bir sıra gömrük məntəqlərinə səfər etmişdir. 

İyul ayında Argentina Parlamentinin Deputatlar Palatasında Azərbaycanla Parlamentlərarası Dostluq Qrupu yaradılmışdır. Qrupun rəhbəri  deputat Roberto Mouilleron seçilmişdir.

Avqust ayında Argentina Senatında Azərbaycanla Parlamentlərarası Dostluq Qrupu yaradılmışdır. Qrupun rəhbəri senator Arturo Vera seçilmişdir.  

19-21 sentyabr tarixlərində Argentinanın Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirinin müavini Lorenzo Basso Azərbaycana səfər etmişdir. Səfər zamanı AR Kənd Təsərrüfatı Naziri İsmət Abasov, İqtisadi İnkişaf Naziri Şahin Mustafayev, Xİ Nazirinin müavini Xələf Xələfov, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin Sədri Ramiz Həsənov, AR Prezidenti Administrasiyasının Aqrar Siyasət məsələləri üzrə şöbə müdiri Azər Əmiraslanovla görüşlər keçirilmiş, iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

23-28 sentyabr tarixlərində Argentina Milli Konqresindən Azərbaycanla Dostluq Qrupunun üzvləri Roberto Mouilleron, Arturo Vera, Jose Roldan və Federico Pinedo, bir sıra parlament rəsmiləri ilə birgə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpasının 20-ci ildönümündə iştirak etmək üçün Bakıya səfər etmişlər. Səfər zamanı qrup AR Milli Məclisinin Sədri Oqtay Əsədov, Xİ Nazirinin müavini Xələf Xələfov, İqtisadi İnkişaf Nazirinin müavini Sevinc Həsənova, Milli Məclisdə Argentina ilə Dostluq Qrupunun üzvləri ilə görüşlər keçirmiş, Heydər Əliyev Fondunu ziyarət etmişlər.

10-11 oktyabr tarixlərində Argentina Milli Konqresinin Deputatlar Palatasındakı Azərbaycanla Dostluq Qrupunun üzvləri xanım Olqa Guzman və Pedro Molas, Argentina İslam Mərkəzinin prezidenti Samir Saleh və müavini Xulio Made, bir sıra tanınmış Argentina elm və ictimai-siyasi xadimləri I Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişlər. Səfər zamanı AR Xİ Naziri Elmar Məmmədyarov, Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, AR Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov, AR Milli Məclisinin Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Səməd Seyidov, Azərbaycan Diplomatik Akademiyasının rəhbərliyi və Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbərliyi ilə görüşlər keçirilmişdir. 

13-15 oktyabr tarixlərində Argentinanın Xarici Siyasət Məsələləri üzrə Alt Katibi (dövlət katibinin müavini) xanım Norma Nascimbene Dümont siyasi məsləhətləşmələr üçün Azərbaycana səfər etmişdir. Səfər zamanı Argentina rəsmisi AR Xİ Naziri Elmar Məmmədyarov, Nazir müavinləri Xələf Xələfov, Mahmud Məmməd-Quliyev, Hafiz Paşayev, AR Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla görüşmüş, AR XİN-in Diplomatik Akademiyasında mühazirə oxumuşdur.

16-20 oktyabr tarixlərində Argentina Milli Elm və Texniki Araşdırmalar Şurasının (CONİCET) prezidenti xanım Marta Rovira Azərbaycana səfər etmişdir. Səfər zamanı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov, Təhsil Naziri Misir Mərdanov, Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovla görüşlər keçirilmiş və CONİCET-lə AMEA arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır. 

1-6  noyabr tarixlərində Argentinanın Elm, Texnologiya və Produktiv İnnovasiya Naziri Lino Baranao Azərbaycana səfər etmişdir. Səfər zamanı argentinalı nazir AR Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, İqtisadi İnkişaf Naziri Şahin Mustafayev, Ekologiya və Təbii Sərvətlər Naziri Hüseynqulu Bağırov, Təhsil Naziri Misir Mərdanov, Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov, Sənaye və Energetika Naziri Natiq Əliyev, Kənd Təsərrüfatı Naziri İsmət Abasov, Fövqəladə Hallar Nazirinin müavini Ragim Lətifov, AMEA-nın prezidenti Mahmud Kərimov, AZPROMO və Azərbaycan İnvestisiya Şirkətinin nümayəndələri ilə görüşlər keçirmişdir. Səfər zamanı İqtisadi İnkişaf Naziriyi və Azərbaycan Mili Elmlər Akademiyası ilə əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. 

22-23 noyabr tarixlərində Azərbaycan Parlamentinin üzvləri Asim Mollazadə, Ceyhun Osmanlı, Mirkazım Kazımov, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktorunun müavini Gülşən Paşayeva və AR XİN-in mətbuat katibi Elman Abdullayev Azərbaycan Respublikası Səfirliyi tərəfindən Buenos-Ayresdə təşkil olunmuş Azərbaycanın Dövlət Müstəqilliyinin 20 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etmək məqsədilə Argentinaya səfər etmişlər. Tədbirlər Argentina Xarici Əlaqələr Şurası (CARİ) və Argentina Milli Kitabxanasında keçirilmişdir. Səfər ərəfəsində Azərbaycan SAM-ı ilə Argentina CARİ-si arasında əməkdaşlıq Sazişi imzalanmışdır. Azərbaycan nümayəndə heyəti eyni zamanda Argentina Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbərliyi və Azərbaycanla Dostluq Qrupunun üzvləri ilə də görüşlər keçirmişdir.

2012
11 fevral tarixində Argentinanın Turizm Naziri Karlos Hugo Meyer Azərbaycana səfər etmişdir. Argentinalı nazir AR Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, AR Turizm Naziri Əbülfəs Qarayevlə görüşmüş və Argentina turizminin təbliğinə aid seminarında iştirak etmişdir. 

29 fevral tarixində Argentina Respublikasının Prezidenti xanım Kristina Fernandes Kirçner Azərbaycan Respublikasının Bakı şəhərində Argentina Respublikasının Səfirliyinin təsis olunması haqda 273/2012 saylı Sərəncam imzalamışdır. 

1-2 mart tarixlərində Argentinanın Xarici İşlər və Etiqad Naziri Hektor Timerman Azərbaycana rəsmi səfər etmişdir. Səfər zamanı Argentina XİN rəhbəri AR Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, AR Baş Naziri Artur Rasi-zadə və AR Xİ Naziri Elmar Məmmədyarovla görüşlər keçirmişdir. Səfər vaxtı Hektor Timerman Bakı şəhərində Səfirliyin təsis olunması ilə bağlı Argentina hökumətinin qərarını rəsmən elan etmişdir. 

3 may 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT TŞ-yə sədrliyin Azərbaycana keçməsi ilə bağlı Nyu-Yorka səfəri çərçivəsində Argentinanın xarici işlər və etiqad naziri H.Timmermanı qəbul etmişdir. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Malvina adaları problemləri, BMT-nin müvafiq qətnamələrinin həyata keçirilməsi zəruriliyi müzakirə olunmuşdur.

4 iyun tarixində Argentiannın Bakıdakı Səfirliyinin təsis olunmasına məsul olan müvəqqəti işlər vəkili Xorxe Roballo AR Xİ Naziri Elmar Məmmədyarovla görüşmüşdür.

3-4 iyul  tarixlərində AR Xİ Naziri Hektor Timerman, Daxili Ticarət üzrə Dövlət Katibi Guillermo Moreno, Xarici Ticarət üzrə Dövlət Katibi xanım Beatriz Paglierinin rəhbərliyi ilə 300 nəfərdən ibarət Argentina rəsmiləri və iş adamlarından ibarət biznes missiyası Azərbaycana səfər etmişdir. Heyətin rəsmi şəxsləri arasında Argentinanın La Rioja əyalətinin qubernatoru Luis Beder Herrera, Kənd Təsərrüfatı üzrə Alt Katib Alejandro Lotti və Sərmayələrin İnkişafı və Ticarətin Təşviqi üzrə Alt Katib Karlos Bianco da olmuşlar. Səfər vaxtı I Argentina-Azərbaycan Biznes Forumu təşkil olunmuşdur. Rəsmi nümayəndə heyəti AR Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, İqtisadi İnkişaf Naziri Şahin Mustafayev, AR Xİ Naziri Elmar Məmmədyarov, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla görüşlər keçirmişdir. 

26-27 iyul tarixlərində AR Xİ Naziri Elmar Məmmədyarov AR İqtisadi İnkişf Nazirinin müavini Niyazi Səfərov və Azərbaycanın ən böyük şirkətlərinin nümayəndələrinin müşayiəti ilə Argentinaya səfər etmişdir. Səfər zamanı II Argentina-Azərbaycan Biznes Forumu təşkil olunmuşdur. Rəsmi nümayəndə heyəti Argentina Respublikasının Prezidenti xanım Kristina Fernandes Kirçner tərəfindən qəbul olunmuş, Argentinanın Xarici İşlər və Etiqad Naziri Hektor Timerman, Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Naziri Norberto Yauhar, Sənaye Naziri xanım Debora Giorgi, Federal Planlaşdırma, Dövlət Sərmayələri və Xidmətlər Naziri Xulio De Vido və Daxili Ticarət üzrə Dövlət Katibi Guillermo Moreno ilə görüşlər keçirilmişdir.     

26-29 sentyabr tarixlərində Argentina XİN-in Milli Xarici Xidmət İnstitutunun direktoru Silvia Merega Diplomatik Akademiya Dekanları və Direktorlarının 40-cı Toplantısında iştirak etmək üçün Azərbaycana səfər etmişdir. Səfər zamanı AR Xİ Nazirinin müavini Hafiz Paşayevlə görüş keçirilmişdir.

4-5 oktyabr tarixlərində Argentina XİN-in Xarici Siyasət üzrə Alt Katibi (dövlət katibinin müavini) xanım Maria del Carmen Squeff XİN-lərarası siyasi məsləhətləşmələr üçün Azərbaycana səfər etmişdir. Səfər zamanı AR Xİ Naziri Elmar Məmmədyarov, Nazir müavinləri Araz Əzimov və Xələf Xələfovla görüşlər keçirilmişdir.

4-8 oktyabr tarixlərində Argentina Deputatlar Palatasının Azərbaycanla Dostluq Qrupunun üzvləri Roberto Mouilleron, Omar de Marchi, Cristina Regazzoli, Alicia Comelli və Agustin Portela II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişlər. Nümayəndə heyəti AR Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, Azərbaycan MM-in Sədri Oqtay Əsədov, Xİ Naziri Elmar Məmmədyarov, o cümlədən Azərbaycan Parlamentindəki Argentina ilə Dostluq Qrupunun üzvləri ilə görüşlər keçirmişdir.

4-8 oktyabr tarixlərində Argentinanın Rosario Universitetinin rektoru Dario Maiorana II Bakı Beynəlxalq Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişdir. Səfər zamanı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin prorektoru Natiq Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Mirdaməd Sadıqov  və Azərbaycan Diplomatik Akademiyasının rəhbər heyəti ilə görüşlər keçirilmişdir.

27-28 noyabr tarixlərində Argentinanın Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Naziri Norberto Yauhar Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmiş, AR Kənd Təsərrüfatı Naziri İsmət Abasov, İqtisadi İnkişaf Naziri Şahin Mustafayev və Fövqəladə Hallar Naziri Kəmallədin Heydərovla görüşlər keçirmişdir. 

17 dekabr tarixində Argentinanın Dövlət Gəlirləri Federal Administrasiyasının rəhbəri Rikardo Eçeqarayın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində Vergilər Naziri Fazil Məmmədov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşlər keçirmişdir.

2013

16-23 yanvar tarixində Argentinanın nüvə, kosmos, sənaye, tibb, neft-qaz, kimya, dövlət təhlükəsizliyi və müdafiə sahələri üzrə çoxtərəfli texnoloji layihələr həyata keçirən INVAP (“İnvestigaciones Aplicadas – Tətbiqi tədqiqatlar”) şirkətinin Baş İcraçı Direktoru (CEO) Hector Otheguy şirkətin nüvə layihələri və peyk texnologiyaları üzrə menecerlərinin müşayiəti ilə Azərbaycanda səfərdə olmuşlar. Səfər zamanı nümayəndə heyəti Milli Elmlər Akademiyasında, Rabitə və İnformasiya Texnolgiyaları Nazirliyində, AZƏRKOSMOS-da və digər aidiyyatı qurumlarla görüşlər keçirmişlər.       

18 fevral tarixində Argentina Respublikasının prezidenti Kristina Fernandez de Kirçnerin 182/2013 saylı sərəncamı ilə fövqəladə və səlahiyyətli elçi Carlos Dante Riva iqamətgahı Bakı şəhəri olmaqla Azərbaycan Respublikasına səfir təyin edilmişdir.

28 fevral – 5 mart tarixlərində Argentinanın Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirinin müavini Lorenzo Bassoun kənd təsərrüfatı sektoru üzrə texinki heyətin müşayiəti ilə Azərbaycana səfər etmişdir. Səfər vaxtı müvafiq dövlət qurumları ilə görüşlər keçirilmişdir.

18 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Carlos Dante Rivanın etimadnaməsini qəbul etmişdir.

6 avqust tarixində Argentinanın BMT-nin Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində “Birləşmiş Millətlər Təşkilatı ilə regional və sub-regional təşkilatlar arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması sahəsində Əməkdaşlıq” mövzusunda təşkil edilmiş tədbirdə iştirak edən Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmməyarovun Argentina Xarici İşlər və Etiqad Naziri Hektor Timermanla görüşmüşdür.

2013, avqust 21-27 - Azərbaycan Diplomatik Akademiyasının icraçı prorektoru Fariz İsmayılzadə və ADA-nın İctimai və Beynəlxalq Əlaqələr üzrə İnstitutunun dekanı Anar Vəliyev Argentinaya səfər etmişlər. Səfər vaxtı Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutu, La Plata Dövlət Universiteti,  Buenos-Ayres Dövlət Universiteti, Rosario Dövlət Universiteti, Buenos-Ayres Texnologiya İnstitutu və El Salvador Universitetininin Şərqşünaslıq İnstitutunda görüşlər keçirmişlər. Bundan əlavə səfər zamanı La Plata Dövlət Universiteti, El Salvador Universiteti və Belqrano Universitetinin birgə təşkilatçılığı ilə Belqrano Universitetində, İSEN  və Rosario Dövlət Universitetində fərdi olaraq “Xəzər hövzəsində geosiyasi proseslər” mövzusunda seminarlar təşkil olunmuşdur.

16-20 sentyabr tarixlərində Argentinanın nüvə, kosmos, sənaye, tibb, neft-qaz, kimya, dövlət təhlükəsizliyi və müdafiə sahələri üzrə çoxtərəfli texnoloji layihələr həyata keçirən INVAP (“İnvestigaciones Aplicadas – Tətbiqi tədqiqatlar”) şirkətinin Kosmik Layihələr üzrə Biznesin İnkişafı sektorunun rəhbərləri Nestor Pablo Tognetti və Ricardo Sagarzazu, habelə Argentina Respublikası Federal Planlaşdırma, İctimai Sərmayələr və Xidmətlər Nazirliyinin əməkdaşı Santiago Arbo Azərbaycana səfər etmişdir. Səfər zamanı Argentina nümayəndə heyəti AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində və AZƏRKOSMOS-da müvafiq görüşlər keçirmişlər.

28 oktyabr tarixində BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi ilə təşkil olunmuş “BMT və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq sinergiyasının gücləndirilməsi” adlı yüksək səviyyəli görüşdə Argentina Xarici İşlər və Etiqad Nazirliyinin xarici siyasət üzrə alt-katibi Maria del Carmen Squeff iştirak etmiş və Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmməyarovla görüşmüşdür. 

31 oktyabr - 1 noyabr tarixlərində III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Milli Xarici Xidmət İnstitutunun direktoru Juan Carlos Valle Raleigh Azərbaycana səfər etmişdir. Səfər zamanı J.Raleigh Azərbaycan Diplomatik Akademiyasının (ADA) rəhbərliyi ilə görüş keçirmiş və ADA təşkil olunmuş “Argentina Günü”ndə iştirak etmişdir.

31 oktyabr – 1 noyabr tarixlərində III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək və AR XİN-də siyasi məsləhətləşmələr aparmaq məqsədilə Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Şərqi Avropa İdarəsinin rəisi Santiago Villalba Azərbaycana səfər etmişdir. Səfər zamanı  S.Villalba AR Xarici İşlər Nazirliyinin Amerika İdarəsinin rəisi Anar Canəhmədovla görüşmüşdür. 

31 oktyabr – 1 noyabr noyabr tarixlərində III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Argentinanın Buenos-Ayres Universitetinin beynəlxalq əlaqələr üzrə katibi Marcelo Tobin, La Plata Dövlət Universitetinin  Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Norberto Consani, La Plata Dövlət Universitetinin  Avrasiya Kafedrasının müdiri Paulo Botta, Rosario Dövlət Universitetinin beynəlxalq əlaqələr idarəsinin rəhbəri Gladys Lechini və El Salvador Universitetinin Şərqşünaslıq İnstitutunun direktoru Jorge Eduardo Malena Azərbaycana səfər etmişlər. Səfər vaxtı ADA-da Argentina nümayəndə heyəti ilə Azərbaycanın müvafiq təhsil müəssisələrinin nümayəndələri arasında əməkdaşlıq imkanlarının müzakirə edilməsi üçün dəyirmi masa keçirilmişdir. 

31 oktyabr – 1 noyabr tarixlərində Argentina Milli Konqresinin Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun üzvlərindən (Roberto Mouillero və Julia Perie) ibarət nümayəndə heyəti Azərbaycana səfər etmişlər. Səfər zamanı nümayəndə heyəti Xarici İşlər Naziri Elmar Məmmədyarov, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov və Milli Məclisdə Argentina-Azərbaycan Dostluq Qrupunun üzvləri ilə görüş keçirmişlər.

25 dekabr tarixində Argentina Respublikasının Prezidenti xanım Kristina Fernandez de Kirçner Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik etmişdir.

2014

12-13 mart tarixlərində AR Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasov Argentinada səfərdə olmuşdur. Səfər zamanı Federal Planlaşdırma, İctimai Sərmayələr və Xidmətlər Naziri Xulio De Vido, Elm, Texnologiya və Produktiv İnnovasiyalar Naziri Lino Baranao, Argentina Milli Atom Enerjisi Komissiyasının (CNEA) prezidenti  Norma Boero, INVAP şirkətinin Baş icraçı direktoru Hector Otheguy, Argentinanın rabitə üzrə dövlət katibi Norberto Berner və ARSAT-ın prezidenti Matias Bianchi ilə görüşlər keçirilmişdir. Səfər zamanı Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasov və Argentinanın Federal Planlaşdırma, İctimai Sərmayələr və Xidmətlər Naziri Xulio De Vido tərəfindən “Azərbaycan Respublikası və Argentina Respublikası arasında kosmik fəzanın sülh məqsədləri ilə istifadəsinə dair əməkdaşlıq haqqında Çərçivə sazişi” imzalanmışdır.  

23 sentyabr tarixində Nazir Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində  Argentinanın xarici işlər naziri Hektor Markos Timerman ilə görüş keçirmişdir.

28 noyabr tarixində Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclasının keçirilməsi məqsədi ilə İşçi Qrupun həmsədri, iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Argentinada səfərdə olmuşdur. Nümayəndə heyətinə Maliyyə, Kənd Təsərrüfatı, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər, Vergilər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, ARDNŞ, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin əməkdaşları daxil olmuşdur. Səfər çərçivəsində Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilmiş, habelə Azərbaycan nümayəndə heyəti Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman, Sənaye Nazirliyinin kiçik və orta müəssisələr və regional inkişaf üzrə dövlət katibi Horasio Raura və strateji sənaye planlaşdırılması üzrə dövlət katibi Horasio Sepeda, Argentina tərəfindən həmsədr, beynəlxalq iqtisadi münasibətlər üzrə dövlət katibi Karlos Bianko ilə görüşlər keçirmişdir. Sonda Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclasının yekunlarına dair protokol imzalanmışdır.

2015

9-10 mart tarixlərində Azərbaycan Respublikası Milli Məclisinin deputatları Cavanşir Feyziyev, Asim Mollazadə, Fuad Muradov, Muxtar Babayev və Aslan Cəfərovdan ibarət parlament nümayəndə heyəti Argentinada səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Argentina Respublikasının vitse-prezidenti və Senatının sədri Amado Boudou, Deputatlar Palatasının sədri Xulian Dominguez, Argentina Milli Konqresinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupları, habelə Argentina xarici işlər və etiqad naziri Hektor Timerman ilə görüşlər keçirilmiş, eyni zamanda, nümayəndə heyəti TELAM Argentina Milli Xəbərlər Agentliyində olmuş, Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutunda (İSEN) “Azərbaycan və onun inkişaf strategiyası”, habelə Argentina Beynəlxalq Əlaqələr Şurasında (CARİ) isə “Xəzər hövzəsinin geosiyasəti” mövzularında müvafiq olaraq təqdimat və dəyirmi masa, habelə Azərbaycanın Argentinalı Dostları Klubu və Azərbaycanın Argentinadakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan gecəsi” keçirilmişdir.

27-29 may tarixlərində Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının Xorvatiyada keçirilmiş iclası zamanı AR mədəniyyət və turizm naziri Ə.Qarayev ilə Argentinanın turizm naziri Enrike Meyer arasında görüş keçirilmişdir. Görüş zamanı Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır. 

21-22 sentyabr tarixlərində Argentina Respublikasının xarici işlər və etiqad  nazirinin müavini Eduardo Zuain Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində E.Zuain Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, XİN-lərarası siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov ilə görüşmüşdür. Azərbaycana səfər zamanı E.Zuain iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə görüşmüş, görüş zamanı “Azərbaycan Respublikası və Argentina Respublikası arasında texniki əməkdaşlıq haqqında saziş” imzalanmışdır. E.Zuain səfəri çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə də görüşmüş, görüş zamanı “Azərbaycan Respublikası və Argentina Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş” imzalanmışdır.

2016

27-28 aprel tarixlərində Argentina xarici işlər və etiqad nazirinin xarici əlaqələr üzrə müavini Karlos Foradori 25-27 aprel 2016-cı il tarixlərində Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının (BMTSA) 7-ci Qlobal Forumunda iştirak etmək məqsədilə Bakıya səfər etmişdir.

29-30 sentyabr tarixlərində Argentina Deputatlar Palatasının ikinci vitse-prezidenti Patrisia Ximenezin rəhbərliyi ilə nümayəndə heyəti Bakıda keçirilmiş 5-ci Beynəlxalq Humanitar Forumda iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir. Nümayəndə heyətinin tərkibində parlamentin deputatları Miriam del Valye Xuares, Qrasiela Kusinet, Alexandro Ramos, Deputatlar Palatasının beynəlxalq əlaqələr üzrə Baş direktoru Xuan Dios Sinkuneqi, Argentina XİN-in Şərqi Avropa idarəsinin rəisi Xose Ureta iştirak etmişlər. Səfər zamanı nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyeva tərəfindən qəbul edilmişdir. Habelə nümayəndə heyətinin AR xarici işlər naziri cənab Elmar Məmmədyarov və AR Milli Məclisinin vitse-spikeri xanım Bahar Muradova ilə görüşləri keçirilmişdir.

 

bakushop