2016-05-12
Çilinin “Diario Puro Chile” xəbər portalında “Azərbaycan Ermənistan nüvə terrorizmi təhlükəsi haqqında dünyaya xəbərdarlıq edir” adlı məqalə dərc edilmişdir

Məqalədə bildirilir ki, Metsamor Atom Elektrik Stansiyasından irəli gələn risk və təhlükə ilə bağlı Azərbaycan tərəfi mütəmadi qaydada bu stansiyanın bağlanılması məsələsini qaldırmışdır. 2016-cı ilin 31 mart – 1 aprel tarixlərində Vaşinqtonda keçirilmiş Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı zamanı “Çernobıl” AES-in texnologiyası əsasında tikilmiş bu stansiyadan irəli gələn təhlükəyə qarşı tədbirlər görülməsi ilə bağlı dünya ictimaiyyətinə dəfələrlə çağırış edildiyi diqqətə çatdırılmış, onun regionda nüvə təhlükəsizliyinə ciddi təhdid mənbəyi olduğu vurğulanmışdır.

Məqalədə həmçinin Ermənistanın müdafiə naziri S.Ohanyan və Ermənistan Parlamentinin deputatı H.Baqratyan tərəfindən Ermənistanın gizli silaha və ya “nüvə silahına” malik olması barədə səsləndirdiyi ifadələrə də diqqət çəkilmiş, Ermənistan tərəfindən sistematik şəkildə həyata keçirilən radioaktiv materialların qaçaqmalçılığı hallarının, habelə Azərbaycana qarşı qisas hissi ilə köklənən Ermənistanın rəsmi şəxslərinin “nüvə silahı” barədə təhdidlərinin AEBA tərəfindən ciddi şəkildə nəzarətə götürülməsinə və araşdırılmasına zərurət yarandığı qeyd olunur.

http://www.diariopurochile.com/azerbaiyan-advierte-al-mundo-sobre-amenaza-de-terrorismo-nuclear-armenio/

növbəti xəbər əvvəlki xəbər

 

bakushop