2016-06-04
Argentinanın “La Nacion” qəzetində argentinalı jurnalist Karlos Llardo tərəfindən “Lövhə üzərində alov: Azərbaycanda şahmat olimpiadası” başlıqlı məqalə dərc edilmişdir

“Şahmat oyunu  Avrasiyada, Qərbi Asiya və Şərqi Avropa arasında Rusiya, Türkiyə, Gürcüstan, Ermənistan, İran və Xəzər dənizi ilə sərhədləri olan, Cənubi Qafqazda yerləşən coğrafi bir nöqtə - Azərbaycan Respublikasında yalnız qədim və mədəni fəaliyyət deyildir: eyni zamanda futbol və güləş daxil olmaqla bu ölkənin ən məşhur idman növlərindəndir.

Məhz bu səbəbdən 1-14 sentyabr tarixlərində paytaxt Bakı şahmat lövhəsi üzərində ən məşhur tədbirlərdən birinə - 42-ci Şahmat Olimpiadasına ev sahibliyi edəcəkdir. 1924-cü ildə Beynəlxalq Federasiya tərəfindən (FİDE- Fransız abreviaturasına uyğun olaraq) seçilmiş komandalar üzrə əsas çempionat oyunlarından biri hesab edilir. 170 ölkədən 3000-dən çox idmançının ( Argentina 2 cütlük ilə iştirak edəcəkdir, bir cütlük qadın, digəri isə kişi heyətindən ibarətdir) iştirak edəcəyi sözügedən olimpiada təşkilatçıların da bildirdiyi kimi tarixin ən yaxşı olimpiadası olacaqdır.

Özəl sektorun dəstəyi ilə Azərbaycan hökuməti logistikaya məsul ( transfer, yaşayış, xidmət və təhlükəsizlik)  13 mlyn avro büdcəlik  ( 6 mlyn 1-ci dərəcəli şahmatistlər və liderlərin ev ilə təmin edilməsinə ayrılmışdır) Təşkilati Komitəni yaratmışdır.  Füsunkar Kristal Hall isə  (25 min izləyici potensialı vardır) tədbirin keçiriləcəyi məkan kimi seçilmiş və ekspertlərin yoxlama nəzarətindən uğurla keçmişdir.

 “Bizim bu  səviyyədə keçiriləcək tədbirlər sahəsində təcrübəmiz vardır, 2015- ci ildə  Bakıda Dünya Şahmat Kuboku (Karjakin qalib olmuşdur) və 1-ci Avropa Oyunları keçirilmişdir. İştirakçıların sayından asılı olmayaraq bu dəfə də tədbirin yüksək səviyyədə keçirilməsində heç bir problem olmayacaqdır”- deyə Azərbaycanın Argentinadakı Səfirliyinin müvəqqəti işlər vəkili Rəşad Aslanov  La Naciona bildirmişdir. Habelə o qeyd etmişdir ki, “Sovet İttifaqı və daha sonra müstəqillik dövründə  ümummilli lider Heydər Əliyev bizim şahmat məktəbini beynəlxalq yarışlarda iştirak edəcək səviyyəyə qədər qaldırmışdır. Bu gün bizim təcrübəli müəllimlər tərəfindən yetişdirilmiş yaxşı oyunçularımız vardır və şahmatın pedaqoji keyfiyyətinə inandığımızdan hər ötən gün məktəblərdə sözügedən oyunların keçirilməsi artmaqdadır. 2012-ci ildə İstanbulda FİDE-nin Komitəsinə 2016-cı ildə keçiriləcək 42-ci Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi üçün təkliflərimiz təqdim olunmuş və Dünya Şahmat Federasiyaları prezidentlərinin səs çoxluğu ilə  qəbul edilmişdir”.

“Sentyabr ayında Bakıya səfər edəcək argentinalılar hava şəraiti ilə bağlı heç bir çətinlik yaşamayacaqlar, belə ki, həmin dövrdə Argentinada mart ayında mövcud olan, yay fəslindən payıza keçid dövrünü xatırladan,  lakin daha küləkli  hava şəraiti hökm sürəcəkdir. Həmçinin burada şəhərdə hərəkət etmək və Şirvanşahlar Sarayı, Qız Qalası, Zaha Hadidin qeyri-adi əl işi hesab edilən Heydər Əliyev mərkəzi kimi qədim və müasir memarlıq abidələrini ziyarət etmək üçün metro, taksi, avtobus kimi  keyfiyyətli nəqliyyat xidmətləri vardır”- deyə söhbət zamanı Səfirliyin əməkdaşı Gülşən Xıdırova əlavə etmişdir.

Argentinanın 2010-cu ildən fəaliyyət göstərməsinə və müvəqqəti işlər vəkilinin bir nece ay öncə ölkəyə gəlməsinə baxmayaraq  o bir sıra müqayisələr aparmışdır. “Bakı  o qədər də bahalı şəhər deyildir,  olar bilsin ki, hətta  Buenos-Ayresdən daha ucuzdur. Bizim pul vahidimiz manatdır və 1  dollar 1.5 manat dəyərindədir. 10 dollara nahar və ya şam etmək, 0.50 dollardan 3 dollara qədər isə qəhvə və ya sərinləşdirici içkilər  içmək mümkündür”.

Odlar Yurdunda – bu Azərbaycan sözünün etimoloji mənasıdır – sözügedən oyun Şahmat adlanır – Jaque Mate olan ərəb sözündən əmələ gəlmiş və həmin mədəniyyətlə sıx əlaqələri vardır, belə ki, IX-XV əsrlərin əsas yazarlarından olan Xəqani, Nizami və Fizuliyə məxsus əsərlərdə şahmata dair məlumatlara rast gəlmək mümkündür. Habelə, Qarabağ şairəsi Xürşudbanu Natəvanın qeydlərində  fransız yazıçısı Aleksandr Dumanın XIX əsrin ortalarında Azərbaycana səfəri zamanı onunla şahmat oynamasına dair məlumatlar vardır.

Lakin elm və incəsənət bir kənara, bu gün əksəriyyəti müsəlman olan bu xalqı Avropanı  silkələyən  sosial zorakılıqla nəticələn dəhşətli hadisələr narahat edir. Məhz bu səbəbdən, təhlükəsizlik təşkilatçıların nəzərində olan əsas məsələlərdəndir. “Bu hamımız üçün ciddi və çox əhəmiyyətli məsələdir, belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yarışmada  iştirak edəcək izləyicilər və dəvətlilərin təhlükəsizliyinin təmin edilməsi üçün artıq müvafiq sərəncam imzalamışdır ”- deyə Aslanov bildirdi.

Bura Erməni heyəti də daxildirmi?  

“Təbii ki, biz bütün icmalardan iştirakçıları qəbul etməyə hazırıq. 2015-ci ildə Azərbaycanda keçirilmiş Dünya Şahmat Kuboku zamanı erməni şahmatçılar iştirak etmiş və bununla bağlı heç bir neqativ hal yaşanmamışdır”- deyə Aslanov bildirmişdir.

 Hər iki ölkə arasında mövcud münaqişənin lövhə üzərində idmana təsir etməməsi maraqlı olardı, belə ki, erməni komandasının olması (hələ ki, hər hansı bir idmançının iştirakı təsdiqlənməmişdir) lövhə üzərində rəqabətə təsir göstərərdi.

 Hər iki tərəfin dünya üzrə güclü şahmatçıları mövcuddur: Azərbaycan FİDE—yə daxil 175 ölkə arasında 9-cu sırada yer almışdır (Argentina 25-ci sıradadır) və Ermənistan son 6 olimpiadadan 3-ündə qalib olmuşdur.

Hazırda Azərbaycanda qalaqurma və qambit zamanıdır: paytaxt Bakı  ən yaxşı oyununu həyata keçirməyə hazırlaşır. Şahmat oyunu bu qədər qarşıdurma, düşmənçilik və anlaşılmazlıqlara son qoymağa qadir olmasa da, ən azından alovun intensivliyi (ya  torpaq üzərində, yaxud da oyunda) lövhənin sərhədlərini aşmayacaqdır. Bütün  bunlar arzudur”.

http://blogs.lanacion.com.ar/ajedrez/noticias/fuego-en-el-tablero-la-olimpiada-de-ajedrez-en-azerbaiyan/

növbəti xəbər əvvəlki xəbər

 

bakushop