2016-10-26
Argentinada Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirilmişdir

2016-cı ilin 26 oktyabr tarixində Azərbaycan Respublikasının Argentinadakı Səfirliyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Argentina Milli Konqresinin üzvləri və digər vəzifəli şəxsləri,  Argentina Xarici İşlər və Etiqad Nazirliyinin, Argentinada akkreditə olunmuş diplomatik korpusun, elmi-akademik və işgüzar çevrələrin, müxtəlif mətbu orqanların nümayəndələri iştirak etmişlər. 

Tədbirdə çıxış edən Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov 1991-ci ilin 18 oktyabr tarixində ölkəmizin dövlət müstəqilliyini bərpa etməsi, həmin illərdə Azərbaycanın keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhran, Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qalması, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ictimai-siyasi sabitliyin bərpa olunması, ölkə prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, ölkəmizin iştirak etdiyi beynəlxalq əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri, Azərbaycanda multikulturalizm ənənələri, habelə Argentina-Azərbaycan münasibətləri barədə qonaqlara məlumat vermişdir.

Tədbir zamanı qonaqlara Azərbaycan milli mətbəxi nümunələri təqdim olunmuş, ölkəmizlə bağlı video çarxlar göstərilmişdir.   

növbəti xəbər əvvəlki xəbər

 

bakushop