Viza

Konsulluq şöbəsinin iş saatları: Bazar ertəsi – Cümə günü, saat 10:00 – 12:30

ƏRİZƏ FORMASINI YÜKLƏ

Azərbaycana səyahət etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidir:

  • Minimum 6 ay etibarlıq müddəti olan pasport
  • Səfərin məqsədi, müddəti, getmə və qayıtma tarixləri göstərilməklə səyahət edən şəxs tərəfindən vizanın alınmasına dair məktub
  • Ərizə forması (forma A4 formatında vərəqə bütöv şəkildə çap olunmalı və hər iki tərəfi aydın və səliqəli xətlə yazılmalıdır)
  • 3,5 x 4,5 ölçüsündə 2 ədəd pasport fotosu
  • QEYD: Yuxarıdakı tələblər BİR GİRİŞLİ, BİR AYLIQ TURİST/SƏFƏR VİZASI üçün nəzərdə tutulub.

Entitad:      BBVA FRANCÉS
Titular:        EMBAJADA DE LA REPUBLICA DE AZERBAIYAN
CUIT:           30-71150273-0
TIPO:           CUENTA CORRIENTE EN DOLARES
NRO DE CUENTA: 26-101-401615/9
CBU:            0170101826000040161596
Qeyd: Xarici və daxili bank köçürmələri qəbul edilmir. Ödənişlər yalnız Argentinadakı hər hansı BBVA FRANCÉS filialında nəğd şəklində, yalnız ABŞ dolları ilə həyata keçirilməlidir.  


Turist vizası (bir giriş) üçün müraciət edən şəxslər qeydiyyatdan keçmiş turist kompaniyasından məktub və ya Azərbaycanda qalacaqları oteldən təsdiq məktubu təqdim etməlidirlər. Turist vizası yalnız otel rezervasiyasının müddəti ərzində qüvvədə hesab edilir.

Səfər vizası (bir giriş) üçün Azərbaycan tərəfindən dəvət edən tərəfin dəvət məktubu təqdim olunmalı, məktubda səyahət edən şəxsin pasport detalları, səfər edəcəyi tarixlər, qalacağı ünvan və dəvət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti və əlaqə nömrələri əks olunmalıdır.

Tranzit viza üçün son gediləcək ölkəyə təyyarə biletinin əsli və surəti təqdim olunmalıdır.

QEYD: Xidməti, rəsmi və diplomatik pasporta sahib Argentina Respublikası vətəndaşları üçün Azərbaycana viza tələb olunmur.

Yuxarıda qeyd olunmayan digər məsələlər və sənədlərin təqdim edilməsi üçün vaxtın təyini ilə bağlı consul@azembassy.org.ar e-mail ünvanına müraciət etməyiniz xahiş olunur.