İkitərəfli əlaqələr
1996, iyul 8 – Diplomatik əlaqələr yaradılmışdır.
 
2013, iyun 17 - Səfir M.Əhmədzadə etimadnamələrini Boliviya Çoxmillətli Dövlətinin prezidenti Evo Morales Aymaya təqdim etmişdir. 
 
2013, iyun 16-18 – Səfir M.Əhmədzadə etimadnamələrini Boliviya Çoxmillətli Dövlətinin prezidenti Evo Morales Aymaya təqdim etmək məqsədilə Boliviyada səfər olmuşdur. Səfər vaxtı M.Əhmədzadə Boliviyanın Xarici İşlər Naziri David Choquehuanca Cespedes, habelə XİN-nin Dövlət Protokolu üzrə Baş Direktoru Fernando Huanacuni, İkitərəfli Əlaqələr üzrə Baş Direktoru Esteban Elmer Catarina, Asiya, Afrika və Okeaniya Şöbəsinin müdiri Jessica Benavente Sanchez, Diplomatik Akademiyasının Baş Direktoru Carla Esposito ilə görüşlər keçirmişdir. 
 
2013, noyabr 1 -  Boliviya Çoxmillətli Dövlətinin Prezidenti cənab Evo Morales Ayma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik etmişdir.
 
2014, İyun 24-26 – Səfir Məmməd Əhmədzadə Boliviya Çoxmillətli Dövlətinə səfər etmişdir. Səfər çərçivəsində M. Əhmədzadə Boliviyanın bir sıra rəhbər vəzifəli şxəsləri ilə, o cümlədən xarici işlər naziri David Çokeuanka ilə görüşlər keçirmişdir. Səfər zamanı “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Boliviya Çoxmillətli Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Saziş” imzalanmışdır