İkitərəfli əlaqələr
Azərbaycan ilə Çili arasında diplomatik münasibətlər 1994-cü il 3 noyabr tarixində yaradılmışdır.




2002-2005
2002, iyul 25-28 Çili Milli Konqresinin prezidenti, Xüsusi Nümayəndə Sergio Bitar, BMT-dəki Daimi Nümayəndə Gustavo Valdes, Çili XİN-in Yaxın Şərq və Afrika Departamentinin rəsmisi M. Donosdan ibarət nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Nümayəndə heyəti səfər zamanı AR XİN, AR Prezidentinin Xarici Əlaqələr Şöbəsi və AR İİN-də görüşlər keçirmişlər.
 
2003, iyun 8-10 – Azərbaycan Respublikasının Amerika Ölkələri Təşkilatındakı Daimi Müşahidəçisi Hafiz Paşayev həmin təşkilatın Baş Katibliyinin 33-cü iclasında iştirak etmək üçün Santyaqo şəhərinə səfər etmişdir. 
 
2005, aprel 28-30 – AR Xİ Naziri Elmar Məmmədyarov “Demokratiyaların Birliyi” tədbirində iştirak etmək üçün Çiliyə səfər etmişdir. Səfər zamanı o çilili həmkarı İgnacio Valkerlə görüşmüşdür. 

2011
2011, sentyabr 23-28 – Çili Senatındakı Müdafiə Komitəsinin sədri Baldo Prokurica Azərbaycanın Dövlət Müstəqilliyi Bərpasının 20 illiyi ilə əlaqədar tədbirdə iştirak etmək üçün Bakıya səfər etmişdir. 
 
2011, oktyabr 20-21 – Səfir Məmməd Əhmədzadə Çiliyə səfər etmiş və etimadnaməsini Çili Respublikasının Prezidenti Sebastian Pinera Echeniqə təqdim etmişdir. Səfər zamanı XİN Protokol İdarəsinin rəisi James Sinclair, İkitərəfli Münasibətlər üzrə Baş Katib Rodrigo Vidal, Çoxtərəfli və Qlobal Məsələlər üzrə Baş Direktor Oscar Alcaman, Diplomatik Akademiyanın rektoru Pablo Cabrera, Deputatlar Palatasının prezidenti Patricio Melero, Energetika Nazirinin müavini Sergio Del Campo, Ədliyyə Naziri Teodoro Neumann və Çili Sənaye Federasiyasının prezidenti Andres Rodriguezlə görüşlər keçirilmişdir.    
2012

2
012, mart 12-13 – Səfir Məmməd Əhmədzadə Çiliyə səfər etmişdir. Səfər zamanı Xİ Naziri Alfredo Moreno Charme, Çili Senatının və Deputatlar Palatasının rəhbərliyi, XİN Beynəlxalq İqtisadi Əlaqələr İdarəsi, Çoxtərəfli və Qlobal Məsələlər İdarəsi, Protokol İdarəsi, Çili ticarətin təşviqi və sərmayələr təşkilatı – ProÇili, Mədəniyyət və İncəsənət Nazirliyi, Çili Dövlət Şirkəti – ENAP və s. digər dövlət və hökumət qurumlarının rəhbərliyi ilə görüşlər keçirilmişdir. 
 
2012, avqust 9 – AR Xİ Nazirinin Xüsusi Tapşırıqlar üzrə Nümayəndəsi Yaşar Əliyev Çiliyə səfər etmişdir. Səfər zamanı Çili Xİ Nazirinin müavini Fernando Schmidt, Çoxtərəfli məsələlər üzrə Baş Direktor Adolfo Garafi və İkitərəfli Məsələlər üzrə Baş Direktor Rodrigo Gaete ilə görüşlər keçirilmişdir.
 
2012, avqust – Çili Milli Konqresinin Deputatlar Palatasında Azərbaycanla Dostluq Qrupu yaradılmışdır. Qrupun rəhbəri Enrique Accorsy olmuşdur.
2012, sentyabr 26-29 – Çilinin “Andres Bello” Diplomatik Akademiyasının rektoru Pablo Cabrera Diplomatik Akademiya Dekan və Direktorlarının 40-cı Toplantısında iştirak etmək üçün Azərbaycana səfər etmişdir. Səfər zamanı XİN müavinləri Xələf Xələfov və Hafiz Paşayevlə görüşlər keçirilmişdir. 
2012, oktyabr 1-2 – Azərbaycan Milli Məclisində Çili ilə Dostluq Qrupu yaradılmışdır. Qrupun rəhbəri Muxtar Babayev olmuşdur.
 
2012, oktyabr 4-5 – Çili Milli Konqresi Deputatlar Palatasının Azırbaycanla Dostluq Qrupunun üzvləri II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişlər. Səfər zamanı qonaqlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov və AR Xİ Naziri Elmar Məmmədyarovla, o cümlədən Azərbaycan Parlamentindəki Çili ilə Dostluq Qrupunun üzvləri ilə görüşmüşlər.
 
2012, oktyabr 29-31 – Səfir M.Əhmədzadə Çili Respublikasına səfər etmişdir. Səfər çərçivəsində Çili Xarici işlər nazirinin müavini Fernando Schmidt, Çili XİN-in xarici siyasət üzrə baş direktoru Alfonso Silva və baş direktorun ikitərəfli əlaqələr üzrə müavini Rodrigo Gaete, Diplomatik Akademiyasının rektoru Pablo Kabrera, Protokol baş idarəsinin rəisi James Sinclair, Energetika və dağ-mədən sənayesi naziri Jorge Bunster, Çili Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun rəhbəri deputat Enrike Akkorsi, Dostluq qrupunun üzvü və iqtidar “Müstəqil Demokratik İttifaq” partiyasının sədr müavini İvan Moreira, Çili Milli Konqresinin Deputatlar Palatasının prezidenti Nikolas Monckeberg və Xarici əlaqələr daimi komissiyasının sədri Jorge Tarud, Senatın prezidenti Kamilo Eskalona, Senatın Xarici əlaqələr daimi komissiyasının sədri Pablo Letelier ilə görüşlər keçirilmişdir.
 
2012, noyabr 30 – Çili Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xorxe Aransibia etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.
 
2013

2013,  oktyabr 25 - Çili Respublikasının Prezidenti cənab Sebastian Eçenike Pinera Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik etmişdir.
 
2013, noyabr 29- Azərbaycan Respublikası Xarici İşlər Naziriliyi tərəfindən Çili Respublikası Xarici İşlər Nazirliyinə qərargahı Santiaqo şəhərində olmaqla Çilidə Azərbaycanın diplomatik nümayəndəliyinin təsis edilməsi ilə bağlı nota göndərilmişdir. 
2013, dekabr 19  - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xanım Mişel Baçeleti Çili Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik etmişdir.

2014

2014, Mart 10-11- Çili Respublikasında prezidet səlahiyyətlərinin Sebastian Pinera Eçenikedən yeni seçilmiş prezident xanım Mişel Baçeletə keçməsi ilə bağlı mərasimlərdə Azərbaycan Respublikası Hökuməti adından iştirak etmək məqsədilə AR Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasov Çilidə səfərdə olmuşdur. Səfər zamanı Əli Abbasov həm sabiq, həm də yeni seçilmiş prezidentə AR Prezidenti cənab İlham Əliyevin salamlarını çatdırmışdır. 

2014, noyabr Azərbaycan Respublikasının Santiqo şəhərində diplomatik missiyası təsis olunmuşdur.


2015

2015, Mart 12-13 - Azərbaycan Respublikası Milli Məclisində Çili ilə Parlamentlərarası İşçi Qrupunun sədri millət vəkili Muxtar Babayevin rəhbərliyi ilə parlament nümayəndə heyəti Çili Respublikasında səfərdə olmuşdur. Nümayəndə heyətinin tərkibinə habelə millət vəkilləri Asim Mollazadə və Aslan Cəfərov da daxil olmuşlar.  Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çili Senatının sədri Patricio Valker Prieto, Deputatlar Palatasının sədri Aldo Cornejo Gonzales, Çili Milli Konqresinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupları, habelə Çilinin iqtisadiyyat, inkişaf və turizm naziri Luis Felipe Cespedes, enerji naziri Maximo Pacheco, xarici işlər nazirinin əvəzləyici müavini Gustavo Ayares Ossandon, habelə Çilinin dövlət enerji şirkətinin baş direktoru Marcelo Tokman Ramos ilə görüşlər keçirmişdir. Səfər vaxtı, eyni zamanda Çili Xarici İşlər Nazirliyinin Andres Bello adına Diplomatik Akademiyasında “Azərbaycanın inkişaf strategiyası” mövzusunda təqdimat keçirilmişdir.

2016

31 may tarixində, Çili Milli Konqresinin Senatında Çili-Azərbaycan Dostluq Qrupunun rəhbəri İvan Moreira Borros və dostluq qrupunun üzvlərinin təşəbbüsü ilə Azərbaycan Respublikasının yaranmasının 98 illiyini və AR Milli Məclisinin son 26 illiyini salamlayan, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini tanıyan qətnamə qəbul edilmişdir. Qətnamədə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində beynəlxalq ictimaiyyətin BMT Təhlükəsizlik Şurasınının 822, 853, 874 və 884 saylı qətnamələrinin tanınması və effektiv tətbiq edilməsi əsasında həyata keçirdiyi fəaliyyətin dəstəkləndiyi qeyd olunmuşdur.

08 iyun tarixində, Çili Milli Konqresinin Deputatlar Palatasında Azərbaycan Respublikasının yaranmasının 98 illiyini və AR Milli Məclisinin son 26 illiyini salamlayan, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini tanıyan qətnamə qəbul edilmişdir. Qətnamədə, habelə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində beynəlxalq ictimaiyyətin BMT Təhlükəsizlik Şurasınının 822, 853, 874 və 884 saylı qətnamələrinin tanınması və effektiv tətbiq edilməsi əsasında həyata keçirdiyi fəaliyyətin dəstəkləndiyi qeyd olunmuşdur.

27-30 sentyabr tarixlərində Çili Milli Konqresinin Senatında Azərbaycanla Dostluq Qrupunun rəhbəri, senator İvan Moreyra Barros və Dostluq Qrupunun üzvü, Senatda xarici əlaqələr komitəsinin sədri, senator Xorxe Pisarro Sotodan ibarət nümayəndə heyəti Bakıda keçirilmiş 5-ci Beynəlxalq Humanitar Forumda iştirak etmək və Çili-Azərbaycan parlamentlərarası əlaqələrinin gücləndirilməsi məqsədilə bir sıra rəsmi görüşlər keçirmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur.

Səfər çərçivəsində, nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, habelə heyətinin AR xarici işlər naziri cənab Elmar Məmmədyarov və AR Milli Məclisinin vitse-spikeri xanım Bahar Muradova ilə görüşləri keçirilmişdir.