İkitərəfli əlaqələr

Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında diplomatik münasibətlər 12 yanvar 1995-ci ildə qurulmuşdur.

2007-2010
2011
2012
2013
2014
2015


2007-2010
1 oktyabr 2007-ci ildə “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Uruqvay Şərq Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmış və 23 noyabr 2007-ci il tarixində təsdiq edilmişdir.

2011
21 sentyabr 2011-ci il tarixində BMT Baş Assambleyasının 66-cı sessiyası çərçivəsində Azərbaycan Respublikası Xarici işlər naziri Elmar Məmmədyarovla Uruqvay Xarici işlər naziri Luis Almaqro arasında görüş keçirilmişdir.

21-25 sentyabr 2011-ci il tarixlərində deputat Xaime Trobo, senator Tabare Viera və Parlamentlərarası İttifaqda Uruqvay nümayəndə heyətinin katibi Oscar Pikinelanın daxil olduğu Uruqvay parlament nümayəndə heyəti Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə keçirilmiş tədbirlərdə iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur. Səfər vaxtı nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Xarici işlər nazirinin müavini Araz Əzimov və bir qrup azərbaycanlı parlamentarlar tərəfindən qəbul edilmişlər.

16-20 oktyabr 2011-ci il tarixlərində İsveçrənin Bern şəhərində Parlamentlərarsı İttifaqın 125-ci Assambleyası çərçivəsində Azərbaycan və Uruqvay Parlament nümayəndə heyətləri arasında görüş keçirilmişdir. 

19 oktyabr 2011-ci il tarixində səfir M.Əhmədzadə eyni zamanda Uruqvay Şərq Respublikasında akkreditə olunmaqla bağlı etimadnamələrinin surətini Uruqvay Xarici işlər nazirinin müavini Roberto Konde Karrerasa təqdim etmişdir.


2012
2012, 26 mart - səfir M.Əhmədzadə eyni zamanda Uruqvay Şərq Respublikasına fövqəladə və səlahiyyətli səfir təyin edilməsi ilə bağlı etimadnamələrini bu ölkənin prezidenti Jose Mujika Kordanoya təqdim etmişdir.

2012, 15 may - səfir Məmməd Əhmədzadə Uruqvay Şərq Respublikasının Xarici işlər naziri Luis Almaqro ilə görüşmüdür.

2012, 27 iyul - AR XİN Elmar Məmmədyarov AR İqtisadi İnkişaf Nazirinin müavini Niyazi Səfərov və Azərbaycanın ən böyük biznes şirkətləri rəhbərlərinin müşayiəti ilə Uruqvaya səfər etmişdir. Rəsmi nümayəndə heyəti Uruqvay Prezidenti Xose Mujica tərəfindən qəbul edilmiş, Xİ Naziri Luis Almaqro, Uruqvay Baş Məclisi və Senatının prezidenti Danilo Astori, Nümayəndələr Palatasının prezidenti Xorxe Orrico ilə görüşlər keçirmişdir. Səfər zamanı Azərbaycanla Uruqvay arasında Parlamentlərarası Dostluq Qruplarının yaradılması haqqında Akt imzalanmış və Azərbaycan-Uruqvay Biznes Forumu keçirilmişdir. Həmçinin səfər vaxtı diplomatik, xidməti və rəsmi pasportlara münasibətdə viza rejiminin aradan qaldırılması və iki ölkənin diplomatik akademiyaları arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır. 

2012, oktyabr 1 – AR Milli Məclisində Uruqvayla parlamentlərarası münasibətlər üzrə İşçi Qrupu yaradılmışdır. Qrupun rəhbəri Cavanşir Feyziyev olmuşdur.

2012, oktyabr 1-2 – Uruqvay Milli Gömrük Xidmətinin rəhbəri Enrique Canon Pedragosa Azərbaycana səfər etmişdir. Səfər zamanı AR Baş Naziri Artur Rasi-zadə tərəfindən qəbul edilmiş, AR DGK-nin sədri Aydın Əliyev, Azərbaycan parlamentindəki Uruqvayla Dostluq Qrupunun üzvləri ilə görüşlər keçirmiş və regionlara səfər etmişdir.

2012, oktyabr 4-5 – Uruqvay Parlamentindəki Azərbaycanla Dostluq Qrupunun üzvləri II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər etmişlər. Səfər zamanı nümayəndə heyəti AR Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, Milli Məclisin Sədri Oqtay Əsədov, Xİ Naziri Elmar Məmmədyarov, Nazir müavini Araz Əzimov və Uruqvayla Dostluq Qrupunun üzvləri ilə görüş keçirmişlər. 

2012, dekabr 5 – Parlamentlərarası İttifaqın (Pİ) BMT qərargahında keçirilən toplantısında iştirak etmək üçün Nyu-Yorka səfər etmiş Uruqvay nümayəndə heyətinin üzvləri ilə AR BMT yanında Daimi nümyəndəsi Aqşin Mehdiyevlə görüşü keçirilmişdir. 

2013
2013, yanvar 18-23 – Uruqvay Şərq Respublikası Prezidenti Administrasiyasının dövlət katibi Diyeqo Kanepa Prezident Xose Muxikanın xüsusi elçisi qismində Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində D.Kanepa Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş və digər yüksək səviyyəli görüşlər keçirmişdir.

2013, mart 22-26 – Ekvadorun Kito şəhərində keçirilmiş Parlamentlərarası İttifaqın 128-ci Assambleyası çərçivəsindən Uruqvay nümayəndə heyəti ilə Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilmişdir.

2013, aprel 29-may 2 – Azərbaycan Respublikası Milli Məclisində Uruqvayla Parlamentlərarası İşçi Qrupunun sədri millət vəkili Cavanşir Feyziyev və həmin qrupun üzvü millət vəkili Aslan Cəfərov Uruqvay parlamentində fəaliyyət göstərən Azərbaycanla dostluq qrupunun dəvəti ilə Uruqvayda səfərdə olmuşlar. Səfər vaxtı Azərbaycan nümayəndə heyəti Uruqvay parlamenti və hökumətinin üzvləri ilə görüşlər keçirmişdir.

2013, may 6-8 – Bakıda AR Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilmiş “Cənubi Qafqaz Forumu”nda iştirak etmək üçün Uruqvayın sabiq prezidenti Luis Alberto Lacalle Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində L.A.Lacalle Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş və digər görüşlər keçirmişdir.

2013, may 21-25 – Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri Xerman Kardosonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Məclisinin sədri Oqtay Əsədovun dəvəti ilə Azərbaycanda səfərdə olmuşdur. Səfər vaxtı X.Kardoso Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, habelə Milli Məclisin sədri cənab Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüş keçirmişdir.

2013, oktyabr 31- noyabr 1 - Uruqvay Parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti 3-cü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər etmişlər. Səfər zamanı nümayəndə heyəti Xarici işlər naziri Elmar Məmmədyarov, AR Milli Məclisinin Sədr Müavini Ziyafət Əsgərov və Milli Məclisdə Uruqvay-Azərbaycan Dostluq Qurpunun üzvləri ilə görüşlər keçirmişlər.

 

2014

2014, Fevral - Azərbaycan Respublikasının qərargahı Montevideo şəhərində olmaqla Uruqvay Şərq Respublikasındakı diplomatik nümayəndəliyi fəaliyyətə başlamışdır. 

2014, İyun 9-13 iyun - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (AR DGK) Sədri cənab Aydın Əliyev Uruqvay Gömrüyünün Baş Direktoru Enrike Kanonun dəvəti ilə Uruqvay Şərq Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər zamanı A.Əliyev Uruqvay Gömrüyünün rəhbəri Enrike Kanon, Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri Anibal Pereyra, Uruqvay Parlamentinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin və Uruqvay Parlamentində Azərbaycanla Dostluq Qrupunun üzvləri, Uruqvay kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Tabare Aquerre və Uruqvay iqtisadiyyat və maliyyə naziri Mario Bergara ilə görüşlər keçirmişdir. Səfər çərçivəsində "Uruqvay Şərq Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş" imzalanmışdır.

2015

2015, Mart 11 - Azərbaycan Respublikası Milli Məclisində Uruqvayla Parlamentlərarası İşçi Qrupunun sədri millət vəkili Cavanşir Feyziyevin rəhbərliyi ilə parlament nümayəndə heyəti Uruqvay Şərq Respublikasına səfər etmişdir. Nümayəndə heyətinin tərkibinə millət vəkilləri Muxtar Babayev, Asim Mollazadə, Fuad Muradov və Aslan Cəfərov da daxil olmuşlar. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Uruqvay Şərq Respublikasının vitse-prezidenti, Baş Assambleyasınınn və Senatının sədri Raul Sendik, Uruqvay parlamentinin Nümayəndələr Palatasının sədri Alexadro Sanchez, Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa və Uruqvay dövlət neft şirkətinin (ANCAP) vitse-prezidenti Xerman Riet ilə görüşlər keçirmişdir.

2015, mart 28 - Uruqvay Şərq Respublikasının Azərbaycana təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Anibal Kabral Seqalerba etimadnaməsini Azərbaycan Respublikası Prezident İlham Əliyevə təqdim etmişdir.

2015, 28-30 aprel - Uruqvayın sabiq prezidenti Luis Alberto Lacalle də Bakıda təşkil edilmiş III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur.

2015, 5 iyun - Milanda, EXPO Milan 2015 Beynəlxalq Sərgisi çərçivəsində Uruqvay kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq nazir Tabare Aquerre ilə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov arasında görüş keçirilmişdir.

2015, 14-16 sentyabr - Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Xose Luis Kansela Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində X.Kansela Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüş, habelə Azərbaycan və Uruqvay arasında xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfov ilə müzakirələr aparmışdır. Xose Luis Kansela, habelə Azərbaycan Diplomatik Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Azərbaycan-Uruqvay parlamentlərarası dostluq qrupunun üzvləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentiin müavini  V.Bəylərbəyov ilə görüşmüşdür. X.Kansela AZPROMO-nun təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində azərbaycanlı iş adamları qarşısında Uruqvayın iqtisadi potensialı və qarşılıqlı ticarət və sərmayə imkanları mövzusunda təqdimatla çıxış etmişdir. Səfər çərçivəsində X. Kansela ilə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev arasında görüş keçirilmiş, görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş imzalanmışdır.

2015, 25 sentyabr - Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Uruqvayın xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşmüşdür. Görüşdə Azərbaycan və Uruqvay arasında mövcud əməkdaşlıq istiqamətləri ilə bağlı müzakirələr aparılmışdır.