2016-08-29
DAŞINMAZ ƏMLAK SEKTORUNUN QAFQAZ BÖLGƏSİNDƏ ƏN BÖYÜK SƏRGİSİ

ELANEXPO və ATILIM FUARCILIK tərəfindən 17-19 dekabr 2015 tarixləri arasında Baku Expo Mərkəzdə təşkil edilən RECEXPO daşınmaz əmlak sərgisində, Azərbaycan, Türkiyə, İtaliya, Rusiya, Kipr, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Litva olmaqla 8 ölkədən 52 nümayəndə iştirak etmiş və 6800 ziyarətçi gəlmişdir.

 RECEXPO Azərbaycan Daşınmaz Əmlak və İnvestisiya sektoru üçün diqqət çəkici və maraqlı lider platformasıdır. Sərgi açılışı, Dövlət və Bələdiyyə səlahiyyətliləri tərəfindən təsdiqlənmiş, rəsmi açılış mərasiminə dəvət edilən dövlət və ictimai səlahiyyətliləri, sektor nümayəndələri, iş adamları, VIP qonaqlar, sərgi standlarını ziyarət edərək yığıncaqlar keçirilmişdir.

 

8 FƏRQLİ ÖLKƏDƏN 100-DƏN ÇOX LAYİHƏ!
Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, B.Ə.Ə, Kipr, Cənubi Afrika olmaq üzrə 8 fərqli ölkədən 100-dən çox layihə RECEXPO'da yerlərini almışdır.

Azərbaycan daşınmaz əmlak sektorunda həyata keçirilən ilk və yeganə sərgi RECEXPO , sektor iştirakçıları ilə dünyanın ən sürətli inkişaf edən ölkələrindən biri olan Azərbaycanda 22-24 Noyabr 2016 tarixləri arasında ziyarətçilərinə qapılarını təkrar açıq elan edir.

AZƏRBAYCAN RECEXPO təxminən 80-dən çox iştirakçı və 7000 ziyarətçi ilə professional bir platformada olması gözlənilir. AZƏRBAYCAN RECEXPO, böyük iştirakçıları və çox sayda ziyarətçisi ilə ölkənin ən diqqət çəkici kommersiya fəaliyyəti olacaqdır.

 

növbəti xəbər əvvəlki xəbər

 

bakushop