2016-09-28
Prezident İlham Əliyev Çili parlamentinin nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranı qəbul edib.

Dövlət başçısı Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranın bu səfərinin uğurlu olacağına və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi. Azərbaycan ilə Çili arasında əlaqələrin o qədər də fəal olmadığını deyən Prezident İlham Əliyev münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayaraq xalqlarımızın bir-birilərini tanımalarının vacibliyini qeyd etdi. Dövlətimizin başçısı bunun həm də iqtisadi və digər sahələrdə də əməkdaşlığın fəallaşdırılması işinə yaxşı imkan yaradacağını dedi. Beşinci Bakı Beynəlxalq Humanitar Forumuna dünyada çox böyük marağın olduğunu deyən Prezident İlham Əliyev Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyranın Forumda iştirakının önəmini qeyd etdi.

Çili Respublikasının Senatında Azərbaycan ilə dostluq qrupunun sədri İvan Barros Moreyra ölkəsinin xarici işlər nazirinin Azərbaycanın son illərdə beynəlxalq aləmdə nüfuzunun və hörmətinin artdığı, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə onlara məlumat verdiyini dedi və Çilinin münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini vurğuladı. İvan Barros Moreyra ölkəsinin xarici işlər naziri ilə həmçinin Azərbaycanın iqtisadi imkanlarına dair söhbət etdiyini də diqqətə çatdırdı.

növbəti xəbər əvvəlki xəbər

 

bakushop