2016-10-14
Səfir Rəşad Aslanov Argentinanın enerji və mədən naziri cənab Xose Xuan Aranguren ilə görüşmüşdür

2016-cı ilin 14 noyabr tarixində Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov Argentinanın enerji və mədən naziri cənab Xose Xuan Aranguren ilə  görüşmüşdür. Görüş zamanı Azərbaycan və Argentina arasında ikitərəfli iqtisadi əlaqələr, o cümlədən enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

R.Aslanov həmsöhbətinə Azərbaycan haqqında məlumat vermiş, ölkəmizdə həyata keçirilən iqtisadi layihələr barədə danışmışdır. O, Azərbaycanın enerji siyasəti, Avropanın və dünyanın enerji təhlükəsizliyində malik olduğu mövqe barədə söhbət açaraq, ölkəmizin iştirak etdiyi regional və beynəlxalq əhəmiyyətli enerji layihələri barədə məlumat vermişdir. Eyni zamanda, Azərbaycanda neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinə də yönəldilərək həmin sahələrin inkişafına şərait yaradıldığı, nəticədə ölkəmizin regionun aparıcı iqtisadi mərkəzinə çevrildiyi qeyd edilmişdir.

Azərbaycanda alternativ enerji sahələrinin də inkişaf etdirilməsi üçün bir sıra işlərin görüldüyünü və bu sahədə artıq nailiyyətlər əldə edildiyini bildirən R.Aslanov, Argentinanın alternativ enerji sahəsində müsbət təcrübəyə malik olduğunu, bu baxımdan iki ölkə arasında alternativ enerji istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışdır. R.Aslanov iki ölkə arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə hər iki ölkənin müvafiq nazirlərinin və enerji şirkətlərinin rəhbərlərinin, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətli olacağını bildirmişdir. O, həmçinin enerji sahəsində Azərbaycanda keçirilən beynəlxalq sərgi və konfranslar haqqında da məlumat verərək, Argentina tərəfini də bu tədbirlərdə iştiraka dəvət etmişdir.

Argentinalı nazir ölkəsinin enerji təminatı və bu sahədə həyata keçirilən layihələr, Argentinanın enerji sahəsində beynəlxalq əməkdaşlığından danışmış, ölkəsinin Azərbaycanla bu sahədə əməkdaşlığa hazır olduğunu bildirmişdir. O, hazırda Argentinada iqtisadiyyatın bütün sahələrində, o cümlədən enerji sahəsində ciddi islahatların aparıldığını, yeni hökumət tərəfindən dünyanın bütün ölkələri ilə əməkdaşlığa önəm verildiyini vurğulamış

növbəti xəbər əvvəlki xəbər

 

bakushop