2017-05-23
19.05.17 - Paraqvay və Boliviya vətəndaşları www.evisa.gov.az internet portalı vasitəsilə Azərbaycan Respublikasına elektron viza ala bilən ölkələr siyahısına daxil edilib

19.05.17 - Paraqvay və Boliviya vətəndaşları www.evisa.gov.az internet portalı vasitəsilə Azərbaycan Respublikasına elektron viza ala bilən ölkələr siyahısına daxil edilib

Cari ilin may ayından etibarən Paraqvay Respublikası və Boliviya Çoxmillətli Dövlətinin vətəndaşları www.evisa.gov.az internet portalı vasitəsi ilə 3 addımda (müraciət et, ödəniş et və e-vizanı yüklə) Azərbaycan Respublikasına elektron viza ala bilər.

“ASAN Viza” sistemi vasitəsilə 3 iş günü müddətində verilən elektron vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir və 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır. 

e-Viza müraciətləri birnəfərlik, ailə (ən az 2, ən çox 10 nəfər) və qrup (ən az 10, ən çox 300 nəfər) olmaqla edilə bilər.

e-Viza alınması üçün zəruri olan məlumatlar bilavasitə sistemə daxil edilir.

e-Vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş rüsum sistem vasitəsilə elektron qaydada ödənilir.

e-Viza müraciət etmiş şəxsin elektron ünvanına göndərilir.

növbəti xəbər əvvəlki xəbər