2017-06-12
Səfir Rəşad Aslanov etimadnaməsini Çili Respublikasının Prezidenti xanım Mişel Baçeletə təqdim edib

2017-ci ilin 12 iyun tarixində Azərbaycan Respublikasının Çili Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov etimadnaməsini Çili Respublikasının Prezidenti xanım Mişel Baçeletə təqdim edib.

 

Çili Prezidenti xanım M.Baçeletlə keçirilən görüş zamanı səfir R.Aslanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Çili Respublikasının Prezidentinə çatdırıb.

 

Səfir R.Aslanov ölkəmiz, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Prezident M.Baçeletə ətraflı məlumat verib‎, ölkəmizin həyata keçirməkdə olduğu beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələrindən bəhs edərək Çilinin Avrasiya ilə ticarət əlaqələrində Azərbaycanın mühüm rol oynaya biləcəyini bildirib.

 

Çili prezidenti xanım M.Baçelet isə öz növbəsində onun da salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edib.


Prezident M.Baçelet ölkəmizin əldə etdiyi inkişaf və nailliyyətlərdən xəbərdar olduğunu, Çili və Azərbaycan arasında dostluq münasibətlərinin məmnunluq doğurduğunu və daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirərək səfir Rəşad Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.


Görüş zamanı Azərbaycan və Çili arasında müxtəlif sahələrdə, xüsusilə enerji və iqtisadi sahədə əməkdaşlığın inkişaf perspektivlərinə, iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına dair ətraflı fikir mübadiləsi aparılıb, bu baxımdan hər iki ölkənin ixrac məhsullarının tanıdılması və satışının həyata keçirilməsinin önəmli olacağı vurğulanıb. ‎

növbəti xəbər əvvəlki xəbər

 

bakushop