2019-03-26
Xarici İşlər naziri Elmar Məmmədyarov Çili Respublikasına, Argentina Respublikasına, Uruqvay Şərq Respublikasına və Paraqvay Respublikasına səfərlər edib

18-19 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Çili Respublikasına rəsmi səfəri çərçivəsində Çili Milli Konqresində bir sıra görüşlər keçirib. Çili Senatının sədri Xaime Kintana, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Xose Miqel   İnsulza,   Çili-Azərbaycan   parlamentlərarası   dostluq   qrupunun   sədri   Fransisko Çauan və qrupun digər üzvləri  ilə keçirilən  görüşlərdə Azərbaycan və Çili  arasında dostluq   münasibətlərinin   inkişaf   etməkdə   olduğu,   qarşılıqlı   olaraq   diplomatik təmsilçiliklərin  fəaliyyət göstərdiyi vurğulanıb. Görüşlərdə iqtisadi-ticarət,  enerji, kənd təsərrüfatı, sərmayə qoyuluşu, nəqliyyat, mədəni-humanitar, təhsil və digər sahələrdə əlaqələrin   inkişaf   etdirilməsi   üçün   geniş   potensialın   olduğu   qeyd   edilərək,   ikitərəfli münasibətlərin,   eyni   zamanda   xalqlarımız   arasında   əlaqələrin   gücləndirilməsində parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətindən bəhs olunub.

Nazir E.Məmmədyarov Azərbaycan və Çilinin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini, beynəlxalq gündəlikdə duran əksər məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü bildirib. Bu konteksdə, hər iki ölkənin Qoşulmama Hərəkatının üzvü olduğunu vurğulayaraq, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində cari ilin oktyabr ayında hərəkatın Bakıda Zirvə Toplantısının keçiriləcəyini və Çili tərəfinin də bu əhəmiyyətli tədbirə dəvət olunduğunu qeyd edib.

Daha  sonra E.Məmmədyarov Çili Deputatlar Palatasının Xarici  Əlaqələr  Komitəsinin gündəlik sessiyasında iştirak edərək komitənin sədri, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun vitse-prezidenti Pablo Vidal və komitənin və dostluq qrupunun digər üzvləri   ilə   görüşüb.   Görüşdə   Azərbaycan   haqqında   geniş   məlumat   verən   nazir   E. Məmmədyarov ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün aspektlərini nəzərdən keçirərək əlaqələrin inkişaf etdirilməsi üçün kifayət qədər potensialın olduğunu qeyd edib. Həmçinin, Çili və Azərbaycanın beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq etməsindən və bu xüsusda, Azərbaycanın hərəkata sədrliyinin prioritetlərindən və Bakıda keçiriləcək Zirvə Toplantısından danışıb.

Görüş zamanı E.Məmmədyarov ümumilikdə Cənubi Qafqaz regionun təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın Azərbaycana qarşı davam edən işğalı və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari  vəziyyəti haqqında məlumat  verərək, münaqişənin BMT  Təhlükəsizlik Şurasının məlum   qətnamələrinə   uyğun   olaraq   Azərbaycanın   suverenliyi,   ərazi   bütövlüyü   və beynəlxalq  səviyyədə  tanınmış   sərhədlərinin  toxunulmazlığı   prinsipləri  əsasında   həll

edilməli   olduğunu   və   məcburi   köçkünlərin   öz   doğma   yurdlarına   qayıtmasının  labüd olduğunu diqqətə çatdırıb.

E.Məmmədyarov Çili Deputatlar Palatasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi  üzrə   BMT   Təhlükəsizlik   Şurasının  müvafiq  qətnamələrini  rəhbər   tutaraq Azərbaycanın   ədalətli   mövqeyini,   ərazi   bütövlüyü   və   suverenliyini   dəstəklədiyi   üçün təşəkkürünü bildirib.

 

20-21 mart 2019-cu il tarixlərində Xarici   İşlər   naziri   Elmar   Məmmədyarov   Argentina   Respublikasına   səfəri çərçivəsində Argentinanın Xarici İşlər və Etiqad naziri Xorxe Fori ilə görüşüb. Nazir E.Məmmədyarov Buenos  Ayres  şəhərində  keçirilən Cənub-Cənub  Əməkdaşlığı üzrə BMT-nin yüksək səviyyəli konfransına uğurlu ev sahibliyinə görə Argentina hökumətinə təşəkkürünü   bildirərək, Azərbaycanın  bu   platforma   çərçivəsində   əməkdaşlığa   böyük önəm   verdiyini   vurğulayıb.   

Görüşdə həmçinin Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin hazırkı durumu,   gündəlikdə   duran   məsələlər   barəsində   fikir   mübadiləsi   aparılıb.   Kənd təsərrüfatı,   enerji,   nəqliyyat,   səhiyyə   və   turizm   sahəsində   əməkdaşlıq   üçün   geniş perspektivlər qeyd edilərək, bu sahələrdə konkret nəticələrin əldə edilməsi baxımından birgə səylərin gücləndirilməsinə ortaq niyyət ifadə edilib. 

Sonda  Azərbaycanın müstəqilliyini  bərpa  etdikdən  sonra sosial-iqtisadi  sahədə  əldə etdiyi   nəzərəçarpan   uğurları   izlədiyini   bildirən   X.Fori   Azərbaycana   səfər   etmək arzusunda olduğunu qeyd edib.

Nazir Elmar   Məmmədyarov   Argentina   Respublikasına   səfəri çərçivəsində Argentina Deputatlar Palatasının sədri deputat Emilio Monzo ilə görüşüb.

Görüşdə Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri, həmçinin parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb. Hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərdiyi qeyd   edilərək,   parlament   üzvlərindən   ibarət   nümayəndə   heyətlərinin   qarşılıqlı səfərlərinin   əməkdaşlıq   imkanlarının   araşdırılması   baxımından   faydalı   ola   biləcəyi

vurğulanıb. 

Görüşdən   sonra   Argentina   Deputatlar   Palatasında   Azərbaycan-Argentina Parlamentlərarası Dostluq Qrupunun sədri Hektor Olivares və qrupun üzvləri, həmçinin Palatanın Xarici İşlər və Etiqad Komissiyasının sədri Kornelia Şmit ilə keçirilmiş görüşdə əsasən iqtisadiyyat, kənd təsərrüfatı və sərmayə qoyuluşu sahəsində münasibətlərin irəlilədilməsi üçün geniş potensialın olduğu, bu xüsusda iş adamları arasında birbaşa təmasların yaradılmasının vacibliyi qeyd edilib.

Nazir E.Məmmədyarov həmçinin Argentina Senatının müvəqqəti sədri Federiko Pinedo ilə görüşüb. F.Pinedo Azərbaycana səfərini məmnunluqla xatırlayaraq, ölkəmiz və   xalqımız   haqqında   xoş   təəssüratlarını   bölüşüb.   Görüşdə   ikitərəfli   münasibətlərin gündəliyində   duran   məsələlər   müzakirə   edilib   və   ikitərəfli   münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin önəmi qeyd olunub.

 

22 mart 2019-cu il tarixində Xarici işlər naziri Elmar Məmmədyarov Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşündə ikitərəfli münasibətlərin geniş spektrinə dair ətraflı müzakirələr aparıb. Görüşdə ikitərəfli əlaqələrin uğurlu inkişafı təqdir edilib və əməkdaşlığı daha da inkişaf etdirmək niyyəti ifadə olunub. İqtisadi, kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, mədəniyyət və turizm sahəsində mövcud olan geniş əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi və bu istiqamətdə konkret addımlar atılmasının vacibliyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın ötən il Uruqvaya ən çox neft ixrac edən 5 ölkədən biri olması faktının  ikitərəfli ticarət əlaqələrinin inkişafı istiqamətində uğurlu nümunə olduğunu qeyd edib. Latın Amerikasının bir sıra dövlətlərinin artıq Azərbaycan ərazisindən keçən tranzit-nəqliyyat infrastrukturdan yararlanaraq, Asiya regionuna çıxış əldə etdiyini qeyd edib və Uruqvay tərəfinin də bu imkanlardan istifadə etməsinin mümkünlüyünü bildirib.    

Görüş zamanı Nazir Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verib və Uruqvayın münaqişənin həllinə dair beynəlxalq hüquqa əsaslanan mövqeyini məmnunluqla qarşılandığını ifadə edib.  Öz növbəsində, Uruqvay xarici işlər naziri Rodolfo Nin Novoa ümumiyyətlə Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətində olduqlarını qeyd edib. Münaqişə mövzusunun ölkəmiz üçün həssaslığını anladıqlarını vurğulayan nazir Nin Novoa ölkəsinin beynəlxalq hüquqa və hər iki dövlətin üzv olduğu beynəlxalq təşkilatlar tərəfdən qəbul edilmiş sənədlərə əsaslanan mövqeyinin dəyişilməz qalacağını bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Uruqvay arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın olduğunu, beynəlxalq gündəmdəki əksər məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü qeyd edib. Qoşulmama Hərəkatının cari ilin oktyabr ayında Bakıda keçiriləcək Zirvə Toplantısında Uruqvay tərəfinin də yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və Uruqvay Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında əməkdaşlıq imkanlarının dəyərləndirilməsi razılaşdırılıb.

 

23 mart 2019-cu il tarixində Xarici   İşlər   naziri   Elmar   Məmmədyarov   Paraqvay   Respublikasına   ilk   rəsmi   səfəri çərçivəsində Paraqvayın Xarici İşlər naziri Luis Alberto Kastiqlioni ilə görüşüb. Görüşdə Azərbaycan   və   Paraqvay   arasında   siyasi   münasibətlərin   hazırkı   səviyyəsindən məmnunluq ifadə olunaraq, siyasi dialoqun möhkəmləndirilməsi mexanizmlərinə dair müzakirələr aparılıb. Həmçinin, kənd təsərrüfatı, nəqliyyat, sərmayələrin qoyuluşu, təhsil və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılaraq gələcəkdə bu

istiqamətlərdə   əməkdaşlığın   inkişaf   etdirilməsi   üçün   hüquq-müqavilə   bazasının yaradılması   barəsində   razılığa   gəlinib,   eləcə   də   iqtisadi   əlaqələrin   genişləndirilməsi məqsədilə Azərbaycan-Paraqvay Ticarət Palatasının təsis edilməsinə dair ortaq niyyət ifadə olunub.

Paraqvaylı   nazir   iki   ölkə   arasında   məsafə   uzaqlığına   baxmayaraq,   artıq   yüksək səviyyədə əməkdaşlığın mövcud olduğunu, Azərbaycan xarici işlər nazirinin Paraqvaya ilk rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini qeyd edib.

Məmmədyarov Azərbaycan   hökuməti   tərəfindən   iqtisadi-sosial   sahədə   həyata keçirlmiş   islahatlar,   Azərbaycanın   təşəbbüsü   və   iştirakı   ilə   uğurla   reallaşdırılan genişmiqyaslı   enerji   və   infrastruktur   layihələri   barəsində   danışıb.   Bu   xüsusda, E.Məmmədyarov ümumilikdə Cənubi Qafqaz regionda inteqrasiya proseslərinə başlıca əngəl   olan,   regionun   təhlükəsizliyi   üçün   ciddi   təhdid   olan   Ermənistan-Azərbaycan Dağlıq   Qarabağ   münaqişəsi   və   münaqişənin   həlli   üzrə   danışıqlar   prosesinin   cari vəziyyəti haqqında məlumat verərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə   tanınmış   sərhədlərinin   toxunulmazlığı   prinsipləri   əsasında   həll   edilməli olduğunu və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının labüd olduğunu diqqətə   çatdırıb.   E.Məmmədyarov   Paraqvay   Milli   Konqresinin   Deputatlar   Palatası tərəfindən   Xocalıda   törədilmiş   soyqırımının   pislənməsinə   dair   bəyanatın   qəbulunun

yüksək qiymətləndirildiyini vurğulayıb.

Azərbaycan və Paraqvayın çoxtərəfli platformada uğurla  əməkdaşlıq etdiyini  bildirən E.Məmmədyarov  Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində cari ilin oktyabr ayında hərəkatın Bakıda Zirvə Toplantısının keçiriləcəyini və Paraqvay tərəfinin bu əhəmiyyətli tədbirdə yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu bildirib. Daha sonra E.Məmmədyarov paraqvaylı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.   Dəvəti   məmnuniyyətlə   qəbul   etdiyini   bildirən   L.Kastiqlioni   bu   dəvəti dəyərləndirəcəyini diqqətə çatdırıb.

Sonda   “Paraqvay   Respublikası   Hökuməti   ilə   Azərbaycan   Respublikası   Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” saziş imzalanıb. Səfər  çərçivəsində E.Məmmədyarov  həmçinin Paraqvay  Milli  Konqresinin Senatı  və Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin sədrləri Viktor Qonsales və Volter Harms ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin   gücləndirilməsinin   vacibliyi   vurğulanıb   və   hər   iki   ölkənin   qanunverici orqanlarının qarşılıqlı səfərlərinin təşkilininin faydalı ola biləcəyi qeyd olunub.

növbəti xəbər əvvəlki xəbər