2019-05-27
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyi şərəfinə Buenos-Ayresdə təntənəli mərasim keçirilib

Buenos-Ayres şəhərində 28 May - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyi münasibətilə təntənəli mərasim keçirilib.

Mərasimdə Argentina Xarici İşlər və Etiqad Nazirliyinin yüksək səviyyəli rəsmiləri, Argentina Milli Konqresi Senatı və Deputatlar Palatasının üzvləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, eləcə də etnik və dini icmaların, analitik mərkəzlərin, KİV və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Tədbirdə Argentina Federal Polisinin Simfonik Orkestrinin ifasında Argentina və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən səfir Rəşad Aslanov 28 mayın Azərbaycan tarixinin şanlı səhifələrindən biri olduğunu, məhz bu tarixdə müsəlman Şərqində ilk Respublikanın əsasının qoyulduğunu vurğulayıb. R.Aslanov cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən bəşəri dəyərləri özündə əks etdirən mütərəqqi xarakterli islahatlar həyata keçirildiyini, bu xüsusda, qadınlara seçki hüququ verildiyini xüsusi qeyd edib.

1918-1920-ci illər ərzində formalaşmış dövlətçilik ənənələrinin 1991-ci ildə müasir Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsində müstəsna rolu olduğunu bildirib. R.Aslanov müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan demokratik islahatlar vasitəsilə ölkəmizin kifayət qədər mürəkkəb regionda sabitlik, inkişaf və tərəqqinin simvoluna çevrildiyini, ölkəmizin iştirakı və təşəbbüskarı olduğu irimiqyaslı layihələrlə Avropanın enerji və nəqliyyat xəritəsinin yenidən qurulduğunu qeyd edib.

R.Aslanov ümumilikdə Cənubi Qafqaz regionunun hərtərəfli inkişafına başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edərək, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə və beynəlxalq ictimaiyyətin çağrışlarına baxmayaraq Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonunun etnik təmizləmə apararaq işğalının hələ da davam etdiyini qeyd edib. Diplomat münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüynün bərpası çərçivəsində həll edilməli olduğunu bəyan edib.

2019-cu ilin həm də Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlamətdar olduğunu bildirən səfir ilk Respublikanın beynəlxalq səviyyədə tanınması istiqamətində azərbaycanlı diplomatların Paris Sülh Konfransındakı çətin və şərəfli fəaliyyətindən söhbət açıb. O, eləcə də nümayəndə heyətimizin ABŞ prezidenti Vudro Vilsonla görüşündən danışıb, V.Vilsonun Azərbaycanın yüksək səviyyəli peşəkar diplomatları haqqında xoş təəssüratlarını, nümayəndə heyətinin onunla azadlıq, hüquqlar və ədalət haqqında ortaq ideyaları bölüşdüyünü diqqətə çatdırıb.

Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin müxtəlif əməkdaşlıq sahələri üzrə inkişaf etdiyini deyən R.Aslanov yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdiyini, bu xüsusda Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Argentinaya və Deputatlar Palatasının sədri Emilio Monsonun Azərbaycana səfərlərini xüsusi qeyd edib.

növbəti xəbər əvvəlki xəbər