Səfir R.Aslanov Argentina xarici işlər və etiqad naziri S.Malkorra ilə görüşmüşdür
2016-cı ilin 12 oktyabr tarixində səfir Rəşad Aslanov Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfiri kimi təyinatı ilə əlaqədar etimadnamənin surətinin təqdim edilməsi məqsədilə Argentina xarici işlər və etiqad naziri xanım Susana Malkorra ilə görüşmüşdür.
Görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu müzakirə edilmiş, siyasi və iqtisadi sahələrdə bir sıra əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılmışdır. Görüş zamanı xanım nazir azərbaycanlı həmkarı cənab Elmar Məmmədyarovla beynəlxalq təşkilatlar çərçivəsində təşkil olunmuş müxtəlif tədbirlərdə bir neçə dəfə görüşdüyünü, gələn il ərzində regiona, o cümlədən Azərbaycana səfər etməyi planlaşdırdığını diqqətə çatdırmışdır. R.Aslanov Azərbaycanın Argentina ilə əməkdaşlığın inkişafına önəm verdiyini, qeyd edilən səfərin ölkələrimiz arasında əlaqələrin daha da gücləndirilməsi baxımından əhəmiyyətli olacağını vurğulamışdır.