2017-09-01

Səfir R.Aslanov Paraqvay Respublikasının xarici işlər naziri Eladio Loizaqa ilə görüşüb

31 avqust 2017-ci il tarixində Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfiri Rəşad Aslanov onun ölkəmizin Paraqvay Respublikasındakı səfiri kimi təyinatı ilə əlaqədar etimadnamələrinin surətini Paraqvayın xarici işlər naziri cənab Eladio Loizaqaya təqdim edib.

Təqdimatdan sonra baş tutmuş söhbət zamanı səfir R.Aslanov Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun salamlarını onun paraqvaylı həmkarına çatdırıb. Daha sonra ölkələrimiz arasında ikitərəfli siyasi-iqtisadi münasibətlərin hazırkı durumu və gələcək inkişaf imkanları müzakirə edilib. Enerji və kənd təsərrüfatı kimi sahələrdə əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi vurğulanıb.

Nazir E.Loizaqa Paraqvayın Azərbaycanla qeyd olunan sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib. Habelə o, Azərbaycanın enerji sektorunda, Paraqvayın isə kənd təsərrüfatı sahəsində inkişaf etmiş təcrübəyə və zəngin ehtiyatlara malik olduğunu nəzərə alaraq bu sahələrdə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsinin önəmli olacağını qeyd edib.

Arxiv üzrə axtarış