Notariat hərəkətləri
  • Etibarnamə

 

Etibarnamələrin təsdiqi zamanı, etibar edənin şəxsiyyəti və imzası ilə yanaşı, fəaliyyət qabiliyyəti də yoxlanılır. Bununla əlaqədar olaraq, etibarnamənin rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının vətəndaşı şəxsən Səfirliyin konsulluq şöbəsinə gəlməli və aşağıda göstərilən sənədləri təqdim etməlidir (vətəndaşlardan konsulluq şöbəsi ilə əlaqə saxlanılaraq görüş saatı təyin etmələri xahiş olunur).

 

Etibarnamənin rəsmiləşdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • Vətəndaşın müraciət ərizəsi (Səfirlikdə tərtib oluna bilər);
  • Azərbaycan Respublikası ümumvətəndaş pasportu;
  • Səfirliyin akkreditə olunduğu Argentina, Boliviya, Çili, Paraqvay və Uruqvayda daimi və ya müvəqqəti yaşamaq hüququnu təsdiq edən sənədin və ya vizanın surəti;
  • Etibar edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
  • Dövlət rüsumunun ödənilməsini təsdiq edən bank qəbzi.

20 ABŞ dolları məbləğində dövlət rüsumu  Argentina ərazisində hər hansı “Banco Santander Rio” filialında Səfirliyin bank hesabına ödənilir:

Entidad:      

Banco Santander Rio S.A.

Titular:        

EMBAJADA DE LA REPUBLICA DE AZERBAIYAN

CUIT:          

30-71150273-0

Tipo de cuenta:

CUENTA CORRIENTE EN DOLARES

Número de cuenta: 

204-003307/1

  • İmza həqiqiliyinin təsdiqi

İmza həqiqiliyinin təsdiqi əməliyyatı adətən vətəndaşlar tərəfindən tərtib edilən və imzalanan razılıq ərizələrinin (məsələn, Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olan mənzilin və ya digər daşınmaz və daşınar əmlakın satılmasına, bağışlanmasına və ya ipoteka qoyulmasına dair razılıq ərizəsi, Azərbaycan Respublikasında olan 18 yaşına çatmayan uşağın valideynlərinin birinin müşayiəti ilə xarici ölkələrə səfər etməsi və ya Azərbaycan Respublikasında sənədləşdirilməsinə dair digər valideynin razılıq ərizəsi və s.) rəsmiləşdirilməsi üçün tətbiq edilir. Bununla əlaqədar olaraq, imzanın həqiqiliyinin təsdiqi üçün Azərbaycan Respublikasının vətəndaşı şəxsən Səfirliyin konsulluq şöbəsinə gəlməli və aşağıda göstərilən sənədləri təqdim etməlidir (vətəndaşlardan konsulluq şöbəsi ilə əlaqə saxlanılaraq görüş saatı təyin etmələri xahiş olunur).

  • Vətəndaşın müraciət ərizəsi (Səfirlikdə tərtib oluna bilər);
  • Azərbaycan Respublikası ümumvətəndaş pasportu;
  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surəti;
  • Səfirliyin akkreditə olunduğu Argentina, Boliviya, Çili, Paraqvay və Uruqvayda daimi və ya müvəqqəti yaşamaq hüququnu təsdiq edən sənədin və ya vizanın surəti;
  • Təsdiq ediləcək sənədin mətnindən asılı olaraq əlavə digər sənədlər.
  • Dövlət rüsumunun ödənilməsini təsdiq edən bank qəbzi.

20 ABŞ dolları məbləğində dövlət rüsumu  Argentina ərazisində hər hansı “Banco Santander Rio” filialında Səfirliyin bank hesabına ödənilir:

Entidad:      

Banco Santander Rio S.A.

Titular:        

EMBAJADA DE LA REPUBLICA DE AZERBAIYAN

CUIT:          

30-71150273-0

Tipo de cuenta:

CUENTA CORRIENTE EN DOLARES

Número de cuenta: 

204-003307/1


  • Tərcümənin təsdiqi

Tərcümənin təsdiqi əməliyyatının həyata keçirilməsi üçün aşağıdakı sənədlər Səfirliyə təqdim olunmalıdır:

  • Vətəndaşın müraciət ərizəsi (Səfirlikdə tərtib oluna bilər);
  • Tərcümə olunacaq sənədin əsli;
  • Vətəndaşın pasportunun surəti;
  • Dövlət rüsumunun ödənilməsini təsdiq edən bank qəbzi. Azərbaycan Respublikasının Dövlət rüsumu haqqında Qanununun 16.6.7.-bəndinə əsasən sənədin tərcüməsi və eyni zamanda tərcümənin düzgünlüyünün notariat təsdiqinə görə (hər səhifə üçün): xarici dillərdən Azərbaycan dilinə - 10 ABŞ dolları, Azərbaycan dilindən xarici dillərə isə - 20 ABŞ dolları məbləğində dövlət rüsumu tutulur.

Dövlət rüsumu  Argentina ərazisində hər hansı “Banco Santander Rio” filialında Səfirliyin bank hesabına ödənilir:

 

Entidad:      

Banco Santander Rio S.A.

Titular:        

EMBAJADA DE LA REPUBLICA DE AZERBAIYAN

CUIT:          

30-71150273-0

Tipo de cuenta:

CUENTA CORRIENTE EN DOLARES

Número de cuenta: 

204-003307/1

Sənədlərin poçt vasitəsilə göndərildiyi təqdirdə, bütün poçt xərcləri vətəndaş tərəfindən ödənilir. Səfirlik sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı onların itirilməsi və yaxud yararsız hala düşməsinə görə məsuliyyət daşımır.