İkitərəfli münasibətlər
Azərbaycan və Argentina

Azərbaycan Respublikası və Argentina Respublikası arasında diplomatik əlaqələr 8 noyabr 1993-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfirliyi 1 aprel 2010-cu ildə təsis edilmişdir. Argentina Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 2012-ci ildən etibarən fəaliyyət göstərir. 


Hazırda Azərbaycan-Argentina münasibətləri siyasi, iqtisadi, humanitar, mədəniyyət, turizm, mətbuat və digər sahələr üzrə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etməkdədir. Tərəflər arasında parlamentlərarası əlaqələr inkişaf etməkdədir, dostluq qrupları fəaliyyət göstərir.  


Bu günədək iki ölkənin dövlət başçıları səviyyəsində səfərlər baş tutmamışdır.  Azərbaycan və Argentinanın xarici işlər nazirləri arasında qarşılıqlı səfərlər 2012 (Azərbaycana) və 2006, 2012 və 2019-cu (Argentinaya) illərdə həyata keçirilmişdir. 2019-cu ilin 29 aprel tarixində Argentina Nümayəndələr Palatasının sədri Emilio Monzo Azərbaycana səfər etmişdir.  


Son illərdə Argentina və Azərbaycan rəsmiləri arasında birgə təmaslar, o cümlədən parlament diplomatiyası həyata keçirilmişdir. 2023-cü ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd olunmuşdur. 

 

Xarici işlər nazirlərinin səfərləri

 

Hektor Timerman, rəsmi səfər, 2 mart, 2012

Hektor Timerman, rəsmi səfər, 2-4 iyul, 2012
 

Elmar Məmmədyarov, rəsmi səfər, 6 aprel, 2006

Elmar Məmmədyarov, rəsmi səfər, 26 iyul, 2012

Elmar Məmmədyarov, İşgüzar səfər, 20-21 mart, 2019, “Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin Yüksək Səviyyəli Konfransı”nda iştirak etmək məqsədilə 
 

Parlamentlərarası əlaqələr

 

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Argentina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibi aşağıdakı kimidir:


1. Vüqar İskəndərov - qrupun rəhbəri (YAP)
2. Şahin İsmayılov (YAP)
3. Qaya Məmmədov (Bitərəf)
4. Əli Məsimli (Bitərəf)
5. Ramid Namazov (YAP)
6. Samir Vəliyev (YAP)
7. Pərvanə Vəliyeva (YAP)

 

Argentina Respublikası Milli Konqresinin Senatında və Nümayəndələr Palatasında Argentina-Azərbaycan dostluq qruplarının tərkibi aşağıdakı kimidir.


Argentina Milli Konqresinin Senatında:

 

1. Xuan Karlos Paqotto - sədr
2. İvanna Marsela Arraskaeta - sədr müavini
3. Xorxe Milton Kapitaniç
4. Qonsalo Qusman Koraita
5. Karolina Losada

6. Maria Emilia Orozko


Argentina Milli Konqresinin Deputatlar Palatasında Azərbaycanla dostluq qrupunun yeni tərkibinin formalaşması gözlənilir.


 

Müqavilə-hüquq bazası (imzalanmış sənədlərin sayı)

 

16 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq (əsas istiqamətlər və 2021-2024-cü illər üzrə ticarət dövriyyəsi)

 

Azərbaycan Respublikası və Argentina Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupu fəaliyyət göstərir. Qrup 2012-ci ilin iyul ayında imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında ticarət və iqtisadi sahədə əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq yaradılmışdır. Hazırda, Azərbaycan tərəfindən işçi qrupunun rəhbəri iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Argentina tərəfindən isə işçi qrupunun rəhbəri beynəlxalq iqtisadi əlaqələr üzrə katib Fernando Brundur.


Qrupun ilk iclası 26 noyabr 2014-cü ildə Buenos Ayresdə keçirilmişdir. Sözügedən iclasın yekunu olaraq iki ölkə arasında sənaye, enerji, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar və ətraf mühit sahələrində əməkdaşlıq məsələlərini əhatə edən Protokol imzalanmışdır. Ticarət əlaqələrinin gücləndirilməsi, aşağı səviyyədə olan ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya təşviqi, əczaçılıq sahəsində əməkdaşlıq, kənd təsərrüfatının müxtəlif sahələri üzrə informasiya və təcrübə mübadiləsi əməkdaşlıq protokolun əsas vurğu etdiyi sahələrdir.  


Birbaşa investisiya axınlarının həcmi (1995-2023): Argentinadan Azərbaycana - 4 milyon ABŞ dolları (qeyri-neft sektoru); Azərbaycandan Argentinaya - qeydə alınmamışdır. AR Dövlət Neft Fondunun yatırdığı investisiyaların qalıq həcmi (31.12.2023-cü il tarixinə) 10 milyon ABŞ dolları olmuşdur.
 

Ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

 

Argentina Respublikasından Azərbaycana əsas idxal malları: 
Soya yağının cecə və tullantıları, əczaçılıq məhsulları, yer fıstığı, balıq və xərçəngkimilər, ət və ət məhsulları, tütün xammalı və digər.
 

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2021

49 655.64

11.80

49 643.84

2022

71 920.75

11 314.19

60 606.56

2023

55 749.83

0.00

55 749.83

2024

71 664.00

892.9

70 771.1

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti