Azərbaycan vətəndaşlarının konsulluq qeydiyyatı

Xaricdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq qeydiyyatında (uçotuna) alınması onların hüquqlarının, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır.

 

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq qeydiyyatına alınması rüsumsuz aparılır.

 

Konsulluq qeydiyyatına alınmış Azərbaycan Respublikası vətəndaşlarının 16 yaşı tamam olmamış uşaqları valideynlərindən birinin uçot vərəqəsində qeyd olunur. Bu halda uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) surətləri Səfirliyə təqdim edilir.

 

Səfirliyin akkreditə olunduğu Argentina, Boliviya, Çili, Paraqvay və Uruqvayda daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşının konsulluq qeydiyyatına alınması üçün aşağıdakı sənədlər tələb olunur:

 

  1. Anket - daimi və ya müvəqqəti yaşayanlar üçün (anket tam şəkildə doldurulmalıdır);

  2. Daimi və ya müvəqqəti yaşayış icazəsi verən sənədin surəti;

  3. Pasportun surəti;

  4. 1 ədəd rəngli fotoşəkil (3,5 x 4,5 ölçülü) – xarici ölkədə daimi yaşayanlar üçün;

  5. Vətəndaşın uçota alınmaq barədə Səfirliyə ünvanlanmış yazılı müraciəti

Sənədlər tam və düzgün tərtib edildikdən sonra poçt vasitəsilə və ya şəxsən Səfirliyə təqdim edilməlidir.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti