news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 yanvar 2025

AİDA və Argentina XİN-in Beynəlxalq əməkdaşlıq üzrə milli idarəsi arasında onlayn görüş keçirilib

Cari ilin 30 yanvar tarixində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Argentina Respublikasının Xarici Əlaqələr, Beynəlxalq Ticarət və Etiqad Nazirliyinin Beynəlxalq əməkdaşlıq üzrə milli idarəsi arasında onlayn görüş keçirilib. Görüşə Azərbaycan tərəfdən AIDA-nın direktoru cənab Elməddin Mehdiyev, Argentina tərəfdən isə XİN-in Beynəlxalq əməkdaşlıq üzrə milli idarəsinin direktoru səfir Mateo Estreme rəhbərlik etmişdir.

Görüş zamanı beynəlxalq inkişafa yardım sahəsində ikitərəfli və çoxtərəfli formatda birlikdə həyata keçirilməsi mümkün olan layihələr barədə danışıqlar aparılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti