Mətbuat şərhi 14 mart 2025

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Argentina Respublikasına səfər edib

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Argentina Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin rəhbəri Dr. Giyermo Frankos, xarici əlaqələr, beynəlxalq ticarət və etiqad naziri cənab Xerardo Verteyn, strateji məsələlər katibi cənab Xose Luis Vila, Senatın Xarici Əlaqələr Komissiyasının sədri Fransisko Paoltroni və Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının sədri Fernando İqlesias, Argentinanın G20 üzrə səlahiyyətli nümayəndəsi Dr. Federiko Pinedo ilə ikitərəfli əlaqələr, regional və beynəlxalq təhlükəsizlik və ümumi maraq kəsb edən əməkdaşlıq mövzularını müzakirə etmək məqsədilə görüşlər keçirmiş, eləcə də Beynəlxalq Münasibətlər üzrə Argentina Şurası (CARI) və kütləvi informasiya vasitələri ilə söhbət aparmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti