Mətbuat şərhi 08 noyabr 2025

Azərbaycan Respublikasının Argentina Respublikasındakı Səfirliyində "Zəfər Günü"nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Argentina Respublikasındakı Səfirliyində "8 noyabr - Zəfər Günü"nə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirin açılışında səfir Rəmzi Teymurov çıxış edərək cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının torpaqlarını işğaldan azad etmək uğrunda apardığı mübarizədən danışmış və bu Zəfəri qazanan qəhrəmanlarımızın cəsarət və fədakarlığını vurğulamışdır.

 

Səfir R.Teymurov tədbir iştirakçılarını Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırmış və cari ilin 8 avqust tarixində Vaşinqton şəhərində baş tutmuş Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Zirvə Görüşü nəticəsində əldə edilən razılaşmaların regionda sülhün bərqərar olması üçün əhəmiyyətini vurğulamışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti