news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 sentyabr 2025

Azərbaycan və Argentina arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 2-ci iclası keçirilib

Cari ilin 4 sentyabr tarixində Buenos Ayres şəhərində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini cənab Elnur Əliyevin və Argentina Respublikasının beynəlxalq iqtisadi əlaqələr üzrə katibi cənab Fernando Brunun iştirakı ilə Azərbaycan və Argentina arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 2-ci iclası keçirilmişdir.

 

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığı və sənaye, enerji, səhiyyə, turizm və rəqəmsal texnologiyalar kimi sektorlarda əməkdaşlığın gücləndirilməsi təklifləri müzakirə edilib və bu mövzuları əks etdirən protokol imzalanıb.

 

Cənab Elnur Əliyevin Argentinaya səfəri çərçivəsində Argentina Respublikasının İqtisadiyyat Nazirliyində və YPF-də də görüşlər keçirilib.

 

Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində Argentina Respublikasının İdxalçılar Palatasında, İnnovasiya, Elm və Texnologiya Katibliyində, Argentina İnvestisiya və Beynəlxalq Ticarət Agentliyində də görüşlər keçirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti