Mətbuat şərhi 08 yanvar 2025

Paraqvay Respublikasına bəzi bölgələrdən səyahət zamanı sarı qızdırma əleyhinə peyvənd tələbinə dair

Paraqvay Respublikasının Miqrasiya üzrə Milli İdarəsinin yaydığı məlumata əsasən Paraqvayın Səhiyyə və Sosial Rifah Nazirliyi 27 dekabr 2024-cü il tarixindən qüvvədə olan qaydaları yeniləmiş və insanların sarı qızdırma riski olan ərazilərə giriş-çıxışı üçün yeni qaydalar müəyyən etmişdir. Paraqvay vətəndaşları və ya əcnəbilər risk bölgəsi hesab olunan ərazilərdən qayıdarkən sarı qızdırma əleyhinə peyvənd olunma barədə beynəlxalq sertifikata malik deyilsə, Paraqvaya daxil olarkən onlara altı gün müddətində sanitar yoxlama tətbiq olunacaqdır.

Risk bölgələri ilə buradan tanış olmaq mümkündür.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti