Səfir Rəmzi Teymurov "Expo Ganadera del Centro" kənd təsərrüfatı sərgisinin açılış mərasimində iştirak edib
Səfir Rəmzi Teymurov Kordoba şəhərində keçirilən "Expo Ganadera del Centro" kənd təsərrüfatı sərgisinin açılış mərasimində iştirak edib və yerli istehsalçıların stendlərinə baxış keçirib.
Səfər çərçivəsində, səfir R.Teymurov Azərbaycan və Argentina arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etmək məqsədilə yerli hakimiyyət orqanları və müvafiq qurumlarla da görüşlər keçirib.