Uruqvayda Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Respublikasının Səfirliyinin Uruqvay Şərq Respublikasındakı diplomatik ofisinin təşkilatçılığı ilə Montevideo şəhərində Azərbaycan Respublikasının Müstəqillik Günü, həmçinin Azərbaycan və Uruqvay arasında diplomatik əlaqələrin qurulmasının otuzuncu ildönümü ilə əlaqədar rəsmi qəbul keçirilib.