Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Səfirlikdə anım tədbiri keçirilmişdir
Xocalı soyqırımının 34-cü ildönümünü anmaq üçün keçirilən tədbirdə müasir tarixin ən dəhşətli cinayətlərindən birinin qurbanlarının xatirəsi yad edilmişdir.
Bu dərin kədərli gündə göstərdikləri həmrəylik və dəstəyə görə argentinalı dostlarımıza, diplomatik korpusun üzvlərinə və Azərbaycan icmasının üzvlərinə Azərbaycan Respublikasının Argentina Respublikasındakı Səfirliyi adından təşəkkür edirik.