AZƏRBAYCAN VƏ ARGENTİNA

Argentina Respublikası

 

Prezident: Zati-aliləri cənab Xaviyer Miley 

Vitse-prezident və Senatın Sədri: xanım Viktoriya Euxeniya Vayaruel 

Deputatlar Palatasının Sədri: cənab Martin Aleksis Menem 

Xarici İşlər naziri: xanım Diana Elena Mondino

Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfiri: cənab Rəmzi Teymurov

Argentina Respublikasının Azərbaycan Respublikasındakı səfiri: xanım Marianxeles Beluşi 

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi: www.buenosaires.mfa.gov.az


                   Azərbaycan-Argentina münasibətlərinin yaranması

 

İki ölkə arasında diplomatik münasibətlər 8 noyabr 1993-cü ildə qurulmuşdur.

  

Səfirliklərin fəaliyyəti

 Azərbaycanın Argentinada səfirliyi 2010-cu ildə təsis olunmuşdur.

Argentinanın Azərbaycanda səfirliyi 2012-ci ildən fəaliyyət göstərir.

Azərbaycanın Argentinada səfiri Rəşad Aslanov 20 mart 2017-ci ildə etimadnaməsini Argentina Prezidenti M.Makriyə təqdim etmişdir.

Argentinanın Azərbaycanda səfiri Serxio Peres Qunella 10 aprel 2019-cu ildəetimadnaməsini Azərbaycan Prezidenti İ.Əliyevə təqdim etmişdir.

Azərbaycanın Argentinada Fəxri Konsulluğu mövcud deyildir.

 

İmzalanmış sənədlər

 

2006

 

  1. “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Argentina Respublikasının Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyi arasında Anlaşma Memorandumu”. Buenos-Ayres, 3 aprel

 

  1. “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında Saziş”. Buenos-Ayres, 3 aprel

 

2010

 

  1. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Argentina Respublikasının Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”. Bakı, 24 noyabr

 

2011

 

  1. “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”. Buenos-Ayres, 22 fevral

 

  1. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Argentina Respublikasının Kənd Təsərrüfatı, Heyvandarlıq və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”. Bakı, 21 sentyabr

 

  1. “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi və Argentina Respublikasının Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyi arasında elmi-texniki tədqiqat və innovasiya sahəsində Anlaşma Memorandumu”. Bakı, 2 noyabr

 

  1. “Azərbaycan Milli Elmlər Akademiyası ilə Argentina Respublikası Elm, Texnologiya və Produktiv İnnovasiya Nazirliyi arasında Anlaşma Memorandumu”. Bakı, 3 noyabr

 

  1. “Azərbaycan Milli Elmlər Akademiyası ilə Argentina Respublikası Elmi və Texnoloji Tədqiqatlar üzrə Milli Şura arasında Əməkdaşlıq haqqında saziş”. Bakı

 

 2012

 

  1. “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında iqtisadi və ticarət sahəsində əməkdaşlıq haqqında Saziş”. Buenos-Ayres, 26 iyul

 

  1. “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında vergi məlumatlarının mübadiləsi sahəsində əməkdaşlıq haqqında Saziş”. Bakı, 17 dekabr

 

2014

 

  1. “Argentina Respublikası və Azərbaycan Respublikası arasında kosmik fəzanın sülh məqsədləri üçün istifadəsinə dair əməkdaşlıq haqqında Saziş”. Buenos-Ayres, 12 mart

 

  1.  “Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə işçi qrupun birinci iclasının Protokolu”. Buenos-Ayres, 25 noyabr

 

2015

 “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlığa dair Saziş”. Xorvatiya, Rovinj, 29 may

 

  1. “Azərbaycan Respublikası və Argentina Respublikası arasında texniki əməkdaşlığa dair Saziş”. Bakı, 22 sentyabr

 

  1. “Azərbaycan Respublikası və Argentina Respublikası arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”. Bakı, 22 sentyabr

 

2019

 “Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi və La Plata Dövlət Universiteti arasında Azərbaycanşünaslıq kafedrasının fəaliyyətinə maliyyə töhfəsi verilməsinə dair Müqavilə”. La Plata şəhəri, 26 sentyabr

 

Digər imzalanmış sənədlərin siyahısı

 1993

 “Azərbaycan Respublikası və Argentina Respublikası arasında diplomatik münasibətlərin qurulmasına dair Protokol”. Moskva, 8 noyabr

 

  1. “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və Argentina Respublikasının Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyinin Xarici Xidmət İnstitutu arasında əməkdaşlığa dair Memorandum”. Bakı, 24 noyabr

 

2011

 “Azərbaycan Milli Elmlər Akademiyası və Argentina Milli Elmi və Texniki Araşdırmalar Şurası (CONICET) arasında təhsil və texnoloji sahədə əməkdaşlıq haqqında Saziş”. Bakı, 17 oktyabr

 

  1. “Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Argentina Beynəlxalq Əlaqələr Şurası (CARI) arasında əməkdaşlıq və elmi mübadilə haqqında Saziş”. Buenos-Ayres, 22 noyabr

 

2012

 “Argentina Dövlət Xəbərlər Agentliyi (TELAM) ilə Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac) arasında əməkdaşlıq haqqında Saziş”. Bakı, 5 oktyabr

 

  1. “Argentina Respublikasının Rosario Universiteti ilə Azərbaycan Respublikasının Xarici Dillər Universiteti arasında Çərçivə Sazişi”. Bakı, 4 oktyabr

 

  1. “Argentina Respublikasının Rosario Universiteti ilə Azərbaycan Respublikasının Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Saziş”. Bakı, 5 oktyabr

 

  1. Argentina Respublikasının Rosario Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq haqqında Saziş”. Bakı, 6 oktyabr

 

2013

 “Azərbaycan Diplomatik Akademiyası və La Plata Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Saziş”. La Plata şəhəri, 21 avqust

 

  1.  “Azərbaycan Diplomatik Akademiyası və Buenos-Ayres Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”. Bakı 1 noyabr

 

  1.  “Azərbaycan Diplomatik Akademiyası və Rosario Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”. Bakı, 1 noyabr

 

Arxiv üzrə axtarış