İkitərəfli əlaqələr
2002-2005
2002, iyul 25-28 – Çili Milli Konqresinin prezidenti, Xüsusi Nümayəndə Sergio Bitar, BMT-dəki Daimi Nümayəndə Gustavo Valdes, Çili XİN-in Yaxın Şərq və Afrika Departamentinin rəsmisi M. Donosdan ibarət nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Nümayəndə heyəti səfər zamanı AR XİN, AR Prezidentinin Xarici Əlaqələr Şöbəsi və AR İİN-də görüşlər keçirmişlər.
2011
2011, sentyabr 23-28 – Çili Senatındakı Müdafiə Komitəsinin sədri Baldo Prokurica Azərbaycanın Dövlət Müstəqilliyi Bərpasının 20 illiyi ilə əlaqədar tədbirdə iştirak etmək üçün Bakıya səfər etmişdir.
2012, mart 12-13 – Səfir Məmməd Əhmədzadə Çiliyə səfər etmişdir. Səfər zamanı Xİ Naziri Alfredo Moreno Charme, Çili Senatının və Deputatlar Palatasının rəhbərliyi, XİN Beynəlxalq İqtisadi Əlaqələr İdarəsi, Çoxtərəfli və Qlobal Məsələlər İdarəsi, Protokol İdarəsi, Çili ticarətin təşviqi və sərmayələr təşkilatı – ProÇili, Mədəniyyət və İncəsənət Nazirliyi, Çili Dövlət Şirkəti – ENAP və s. digər dövlət və hökumət qurumlarının rəhbərliyi ilə görüşlər keçirilmişdir.
2013, oktyabr 25 - Çili Respublikasının Prezidenti cənab Sebastian Eçenike Pinera Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik etmişdir.
2014
2014, Mart 10-11- Çili Respublikasında prezidet səlahiyyətlərinin Sebastian Pinera Eçenikedən yeni seçilmiş prezident xanım Mişel Baçeletə keçməsi ilə bağlı mərasimlərdə Azərbaycan Respublikası Hökuməti adından iştirak etmək məqsədilə AR Rabitə və Yüksək Texnologiyalar Naziri Əli Abbasov Çilidə səfərdə olmuşdur. Səfər zamanı Əli Abbasov həm sabiq, həm də yeni seçilmiş prezidentə AR Prezidenti cənab İlham Əliyevin salamlarını çatdırmışdır.
2015
2015, Mart 12-13 - Azərbaycan Respublikası Milli Məclisində Çili ilə Parlamentlərarası İşçi Qrupunun sədri millət vəkili Muxtar Babayevin rəhbərliyi ilə parlament nümayəndə heyəti Çili Respublikasında səfərdə olmuşdur. Nümayəndə heyətinin tərkibinə habelə millət vəkilləri Asim Mollazadə və Aslan Cəfərov da daxil olmuşlar. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Çili Senatının sədri Patricio Valker Prieto, Deputatlar Palatasının sədri Aldo Cornejo Gonzales, Çili Milli Konqresinin hər iki palatasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupları, habelə Çilinin iqtisadiyyat, inkişaf və turizm naziri Luis Felipe Cespedes, enerji naziri Maximo Pacheco, xarici işlər nazirinin əvəzləyici müavini Gustavo Ayares Ossandon, habelə Çilinin dövlət enerji şirkətinin baş direktoru Marcelo Tokman Ramos ilə görüşlər keçirmişdir. Səfər vaxtı, eyni zamanda Çili Xarici İşlər Nazirliyinin Andres Bello adına Diplomatik Akademiyasında “Azərbaycanın inkişaf strategiyası” mövzusunda təqdimat keçirilmişdir.
31 may tarixində, Çili Milli Konqresinin Senatında Çili-Azərbaycan Dostluq Qrupunun rəhbəri İvan Moreira Borros və dostluq qrupunun üzvlərinin təşəbbüsü ilə Azərbaycan Respublikasının yaranmasının 98 illiyini və AR Milli Məclisinin son 26 illiyini salamlayan, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini tanıyan qətnamə qəbul edilmişdir. Qətnamədə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində beynəlxalq ictimaiyyətin BMT Təhlükəsizlik Şurasınının 822, 853, 874 və 884 saylı qətnamələrinin tanınması və effektiv tətbiq edilməsi əsasında həyata keçirdiyi fəaliyyətin dəstəkləndiyi qeyd olunmuşdur.
08 iyun tarixində, Çili Milli Konqresinin Deputatlar Palatasında Azərbaycan Respublikasının yaranmasının 98 illiyini və AR Milli Məclisinin son 26 illiyini salamlayan, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini tanıyan qətnamə qəbul edilmişdir. Qətnamədə, habelə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində beynəlxalq ictimaiyyətin BMT Təhlükəsizlik Şurasınının 822, 853, 874 və 884 saylı qətnamələrinin tanınması və effektiv tətbiq edilməsi əsasında həyata keçirdiyi fəaliyyətin dəstəkləndiyi qeyd olunmuşdur.
27-30 sentyabr tarixlərində Çili Milli Konqresinin Senatında Azərbaycanla Dostluq Qrupunun rəhbəri, senator İvan Moreyra Barros və Dostluq Qrupunun üzvü, Senatda xarici əlaqələr komitəsinin sədri, senator Xorxe Pisarro Sotodan ibarət nümayəndə heyəti Bakıda keçirilmiş 5-ci Beynəlxalq Humanitar Forumda iştirak etmək və Çili-Azərbaycan parlamentlərarası əlaqələrinin gücləndirilməsi məqsədilə bir sıra rəsmi görüşlər keçirmək məqsədilə Azərbaycanda səfərdə olmuşdur.
Səfər çərçivəsində, nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, habelə heyətinin AR xarici işlər naziri cənab Elmar Məmmədyarov və AR Milli Məclisinin vitse-spikeri xanım Bahar Muradova ilə görüşləri keçirilmişdir.