AZƏRBAYCAN VƏ URUQVAY

URUQVAY ŞƏRQ RESPUBLIKASI

Prezident: Zati-aliləri cənab Luis Lakaje Pou

Vitse-prezident/Senatınsədri:xanım Beatriz Argimon

Nümayəndələr Palatasının Sədri: cənab Martin Lema

Xarici İşlər naziri: cənab Omar Paganini

Azərbaycan Respublikasının Uruqvay Şərq Respublikasındakı səfiri: cənab Rəmzi Teymurov (iqamətgahı Buenos-Ayres şəhəri olmaqla)

İkitərəfli münasibətlər

Uruqvay və Azərbaycan arasında diplomatik münasibətlər 11 yanvar 1995-ci il tarixində qurulmuşdur.  10 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Uruqvay Şərq Respublikasında Diplomatik Nümayəndəliyi təsis edilmişdir.

Yüksək səviyyəli əfərlər

27 iyul, 2012- ci il - Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Uruqvaya səfər etmişdir.

22 mart 2019  - Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Uruqvaya səfər etmişdir.

30 aprel 2019 - Uruqvay xarici işlər naziri Rodolfo Nin Novoa Azərbaycana səfər etmişdir.

Habelə parlamentlər arasında mütəmadi səfərlər həyata keçirilir, intensiv məsləhətləşmələr aparılır. Uruqvay Parlamentin bir neçə spikeri, eləcə də 20-dən artıq Parlament üzvü son illərdə Azərbaycana səfər etmişdir.

 

Parlamentlərarası işçi qrupları

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupa 6 millət vəkili daxildir. Qrupun rəhbəri – Zabelin Mixail Yuryeviç

27 iyul 2012-ci il tarixində Nazir Elmar Məmmədyarovun Uruqvaya səfəri zamanı Uruqvay parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun yaradılması haqqında Akt imzalanmışdır.

Uruqvayda yeni çağırış Parlament 2020-ci ilin 15 fevral tarixində fəaliyyətə başlamışdır, həm Senatın, həm də Nümayəndələr Palatasının üzvlərindən ibarət olacaq Uruqvay-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni tərkibi formalaşma prosesindədir.  

Müqavilə-hüquq bazası

Azərbaycanla Uruqvay arasında 7 sənəd imzalanmışdır.

İqtisadi sahədə əməkdaşlıq

İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı maraq mövcuddur. 2018-ci ildə Uruqvayın ilk dəfə Azərbaycandan təxminən 85 milyon dollarlıq neft satın alması ikitərəfli ticarətdə diqqəti cəlb etmişdir. Nəticədə, Azərbaycan Uruqvaya ən çox neft satan 5 ölkədən biridir. 2019-cu ilin may ayında Uruqvay xarici işlər naziri Rodolfo Nin Novoanın Azərbaycana səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq haqqında Saziş”  iqtisadi əlaqələrin normativ bazasını yaradılması baxımından əhəmiyyətlidir

Arxiv üzrə axtarış