2024-08-28

Səfir Rəmzi Teymurov milli senator, Argentina-Azərbaycan Dostluq Qrupunun prezidenti Mariya Euxeniya Dure ilə görüş keçirib

28 avqust tarixində səfir Rəmzi Teymurov milli senator və Argentina Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq qrupunun prezidenti xanım Mariya Euxeniya Dure ilə görüş keçirib.

Senatoru MERCOSUR parlamentarisi cənab Franko Metaza müşayiət etmişdir.

Görüşdə əlaqələrin, xüsusilə qanunvericilik strukturları arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış