2024-09-16

Səfir Rəmzi Teymurov "Radio Nacional Jujuy" üçün müsahibə verib

16 sentyabr tarixində səfir Rəmzi Teymurov Argentinada fəaliyyət göstərən "Radio Nacional Jujuy" üçün müsahibə verib. Müsahibə zamanı Azərbaycanda baş tutan Formula 1 yarışları, argentinalı Formula 1 pilotu Franko Kolapinto-nun ötən həftə baş tutan yarışda iştirakı və qazandığı rəğbətdən bəhs edilib. Səfir R.Teymurov həmçinin, ölkəmizdə idman sahəsinə göstərilən xüsusi diqqət və maraq barədə də radionun izləyicilərini məlumatlandırıb.

Arxiv üzrə axtarış