2024-10-18

No:420/24, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin İstanbuldakı görüşünün yekunlarına dair mətbuat məlumatı

No:420/24, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin İstanbuldakı görüşünün yekunlarına dair mətbuat məlumatı

18 oktyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda "3+3" regional məşvərət platforması çərçivəsində görüş keçirilib.
 
Tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.

Tərəflər Türkiyənin qonaqpərvərliyini təqdir ediblər.

Arxiv üzrə axtarış